Expressbank və GXSSD İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanıb

Expressbank və GXSSD İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanıb®Expressbank ASC ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi arasında sahibkarlığın inkişafına yönəlmiş tərəfdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın əsas məqsədi gözəllik sektorunda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, onların biznes imkanlarının genişləndirilməsi və maliyyə savadlılığının artırılmasıdır.
Memoranduma əsasən, Expressbank sahibkarlara bizneslərini inkişaf etdirmək üçün əlverişli və çevik maliyyə həlləri təqdim etməklə yanaşı, onların bank məhsullarından daha səmərəli və düzgün istifadə etmələrinə dəstək olacaq. Bu çərçivədə sahibkarların maliyyə savadlılığının artırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Eyni zamanda, tərəflər sahibkarların maliyyə, hüquq və idarəetmə biliklərinin inkişafı məqsədilə müxtəlif təlim, seminar və maarifləndirici tədbirlərin təşkilini planlaşdırır. Bu təşəbbüslər vasitəsilə iştirakçılar bizneslərini daha effektiv idarə etmək, riskləri düzgün qiymətləndirmək və dayanıqlı inkişaf strategiyaları qurmaq imkanı əldə edəcəklər.
Tərəfdaşlıq çərçivəsində həmçinin sektorun inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi, qadın sahibkarlığının təşviqi, eləcə də innovativ həllərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulur.
Qeyd edək ki, Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi ölkə üzrə bu sahədə fəaliyyət göstərən sahibkarların maraqlarını təmsil edən və sektorun inkişafına xidmət edən təşəbbüsləri bir araya gətirən platformadır.
Bank "Expressbank Business" mobil tətbiqi və İnternet Bankçılıq platforması ilə biznes müştərilərinin işini daim rahatlaşdırır.
Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin! / banker.az

Banklar     Tarix: 18 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti