"Expressbank"dan 11 milyon manat mənfəət - MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI

"Expressbank" ASC 2022-ci ilin 9 ayını 11 milyon 235 min manat xalis mənfəət ilə başa vurub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2% çoxdur.
Marja xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Aktivlərin həcmində artım olmuşdur
Press-relizdə qeyd edilib ki, 2022-ci ilin üçüncü rübünə aid olan maliyyə hesabatında bankın bir çox göstəricilərində uğurlu nəticələr qeydə alınmış və bu özünü aktivlərin həcmində də əks etdirmişdir. Belə ki, bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 20.23% artaraq cari ilin üçüncü rübündə 422 milyon 434 min manat təşkil etmişdir.
Depozitlər də artmışdır
""Expressbank"ın müştərilərə olan yanaşması qarşılıqlı inam və güvən prinsipləri əsasında inkişaf etməkdədir. Bunun əyani nümunəsinin maliyyə rəqəmlərində də təzahür etdiyini görmək mümkündür. Bankın depozit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 14.13% artaraq cari ilin üçüncü rübündə 178 milyon 141 min manat olmuşdur",- press-relizdə bildirilir.
Kredit portfelinin də ümumi həcmi artmışdır
Qeyd edilib ki, "Expressbank" ASC-nin cari ilin üçüncü rübünə aid digər bir uğurlu statistik göstərici isə kredit portfelinin həcmində olan artımdır. Mütəmadi olaraq müştərilərin ehtiyaclarını nəzərə alaraq həyata keçirilən kredit kampaniyaları bu nəticələrə də öz təsirini göstərmişdir. Nəticədə ötən ilin sonu ilə müqayisədə bu ilin üçüncü rübündə bankın kredit portfelinin ümumi həcmi artaraq 285 milyon 331 min manat təşkil etmişdir.
Kapitalın həcmində artım qeydə alınmışdır
Bu ilin üçüncü rübündə əlaxsus qeyd edilə biləcək nüanslardan biri də kapitalın həcmində olan artımdır. Ötən ilin sonu ilə müqayisədə bu ilin üçüncü rübündə bankın kapital həcmi 9.49% artaraq 135 milyon 610 min manat həcminə çatmışdır.
"Expressbank" ASC-nin cari ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz gəlirlərində də artım nəzərə çarpmışdır. Üçüncü rübdə bankın faiz gəlirləri 15.78% artaraq 35 milyon 624 min manat, qeyri-faiz gəlirləri isə 34.91% artaraq 13 milyon 605 min manat məbləğində qeydə alınmışdır. Xüsusilə qeyd etmək istərdik ki, qeyri-faiz gəlirlərində olan xarici valyutadan gəlir 102.65% artaraq 5 milyon 25 min manata çatmışdır.
Vurğulanıb ki, "Expressbank" ASC-nin bu ilin üçüncü rübündə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.29% faiz artaraq 28 milyon 365 min manat olmuşdur.
Həmçinin, "Expressbank" ASC-nin bu ilin üçüncü rübünün maliyyə göstəricilərinə əsasən I dərəcəli kapitalın adekvatlıq əmsalı 32.41%, məcmu kapitalın adekvatlıq əmsalı 36.48% və leverec əmsalı isə 27.28% təşkil edib.
"Əlavə olaraq qeyd etmək istərdik ki, bankın məcmu kapitalı üçüncü rüb üzrə 132 milyon 861 min manat həcmində olmuşdur. Bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi normadan 3 dəfədən çox olmuşdur. Bu da bankın maliyyə cəhətdən stabil və inkişafa meyilli olduğunun bariz nümunəsidir",- press-relizdə bildirilir.
İqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi meyarlar üzrə dəyərləndirmə aparan beynəlxalq "Fitch Ratings" agentliyi "Expressbank" ASC-nin fəaliyyətinə yüksək qiymət verərək, bankın reytinqini "B" səviyyəli "stabil" proqnozu ilə təsdiqləyib.
""Expressbank" ASC hər zaman fəaliyyətini təkmilləşdirərək müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir. Ölkənin maliyyə və bank sektorunda bütün kateqoriyalar üzrə uğurlu, məhsuldar, yenilikçi fəaliyyətini davam etdirməkdən və müvəffəqiyyətlə irəliləməkdən məmnunluq duyur", - Bankın məlumatında deyilir.
/ marja.az

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. "Raha

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə


iqtisadi xeberler 1000 manatla biznes biznes qurmaq rubl mezenne kicik biznes