Faiz gəlirlərinin vergiyə cəlb edilməsi fevralda əhalinin müddətli əmanətlərinin azalması ilə nəticələnməyib

Faiz gəlirlərinin vergiyə cəlb edilməsi fevralda əhalinin müddətli əmanətlərinin azalması ilə nəticələnməyibBilindiyi kimi, 01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri Vergi Məcəlləsinə əsasən 10% gəlir verigisinə cəlb olunur. Əmanət üzrə faiz gəlirlərinin vergiyə cəlb edilməsi fevral ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətlərinin azalması ilə nəticələnməyib.
Qeyd edək ki, əhalinin əmanətləri müddətli və tələbli əmanətlərə bölünür. 
Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə  bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.
Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır və ya əmanətçiyə faiz ödənilmir Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında əhalinin banklardakı müddətli əmanətləri 139 milyon 780 manat artaraq 28 fevral 2023-cü il tarixində 6 milyard 336 milyon 71 min manata çatıb. 31 yanvar 2023-cü il tarixində fiziki şəxslərin banklardakı müddətli əmanətləri 6 milyard 196 milyon 292 min manat təşkil etmişdi. 
Fevral ayında fiziki şəxslərin cəmi əmanətləri (müddətli və tələbli) 32 milyon 831 min manat azalaraq 11 milyard 653 milyon 924 min manata geiləyib (yanvarın sonunda 11 milyard 686 milyon 755 min manata çatmışdı). Azlama fiziki şəxslərin tələbli əmanətlərinin azalması ilə bağlıdır. Belə ki, 2023-cü ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında əhalinin banklardakı tələbli əmanətləri 172 milyon 601 min manat azalaraq 5 milyard 317 milyon 842 min manata düşüb. 
Fevral ayında sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 6,2 milyon manat artaraq 247,9 milyon manata çatıb.
Qeyd edək ki, fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri vergiyə cəlb edilməsi banklarda əmanət faizlərinin artırılması ilə də nəticələnməyib. Bir çox banklarda əmanət faizləri ilin əvvəli ilə müqayisədə eyni səviyyələrdədir, hətta bəzi banklar əmanət faizlərini aşağı salıblar.
Həmçinin oxu
Azərbaycan banklarında Manat əmanətinin faizləri - YENİ SİYAHI
Faiz gəlirlərinin vergiyə cəlb edilməsi fevralda əhalinin müddətli əmanətlərinin azalması ilə nəticələnməyibFaiz gəlirlərinin vergiyə cəlb edilməsi fevralda əhalinin müddətli əmanətlərinin azalması ilə nəticələnməyib

Banklar     Tarix: 01 aprel 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler leobank kart avtomobil xeberleri bitcoin qiymeti birbank