FED-in faiz artırmağı dayandıracağına dair ehtimallar daha da güclənib, Dollar indeksi geriləyib
Analitiklərin fikrincə cümə günü ABŞ-da qarışıq açıqlanan əmək bazarı göstəriciləri hesabatı may ayında qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayının artımının sürətləndiyini, lakin əmək haqqı artımlarının orta səviyyədə qaldığını göstərdi. Eyni zamanda işsizlik səviyyəsinin artması da əmək bazarında şəraitin zəifləməsi fikrini dəstəklədi.
Məhz bu göstəricilərdən sonra FED-in qarşıdakı iclasında faiz artımını dayandıracağına dair ehtimallar daha da güclənib. Bu, FED-in aqressiv antiinflyasiya siyasətini sərtləşdirməyə başlamasından bəri ilk fasilə ola bilər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Makroiqtisadi məlumatlara gəldikdə isə həftənin ilk ticarət günü ABŞ-da Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) may ayında 1.6 bənd azalaraq, proqnozların altında açıqlandı - 50.3 bənd.
Ölkədə fabrik sifarişləri aprel ayında ehtimal ediləndən daha az artıb - 0.4%.
Birjaların FED-in iyun toplantısında uçot dərəcələrini artırmayacağı ehtimalını qiymətləndirməsi fonunda dollar indeksinin yenidən 103.50 bənd səviyyəsinə geriləyib. Lakin, "buğalar" qiymətləri bu psixoloji baryerin üzərində saxlaya bilsələr, DXY yenidən yüksələ bilər.
Məlumat investAZ investisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi