FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm

FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəmABŞ Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Stiven Miran əmək bazarını canlandırmaq məqsədilə bu il 150 baza bəndi (1,50 faiz bəndi) həcmində faiz endirimi gözlədiyini açıqlayıb. Pul siyasətini məhdudlaşdırıcı kimi xarakterizə edən Miran, əsas inflyasiyanın ehtimal ki, 2,3 faiz səviyyəsində qaldığı və bunun FED rəsmilərinin daha çox faiz endirimi üçün manevr imkanına malik olduğunu göstərdiyini bildirib.
Marja.az xəbər verir ki, Bloomberg TV-nin Surveillance proqramına danışan Miran deyib: "Təxminən 1,5 faiz bəndi həcmində endirim gözləyirəm. Bunun böyük hissəsi inflyasiya ilə bağlı baxışımdan qaynaqlanır. Baza inflyasiya hədəfimizə çox yaxındır və bu da orta müddətdə ümumi inflyasiyanın hara yönələcəyinə dair yaxşı göstəricidir".
FED rəsmiləri son üç iclasın hər birində faiz dərəcələrini 0,25 faiz bəndi həcmində endirmələrinə baxmayaraq, bu il nə qədər endirim ediləcəyi mövzusunda hələ də fikir ayrılığı yaşayırlar. Getdikcə daha çox rəsmi, inflyasiya və məşğulluqla bağlı daha çox məlumat əldə olunana qədər faiz dərəcələrinin ən azı dəyişdirilməməsini müdafiə edir.
İnvestorlar isə ən azı 2 faiz bəndi həcmində azalma gözləyirlər.
Miran sentyabr ayında Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsindən ayrıldıqdan sonra bu ay başa çatacaq FED idarəçisi vəzifəsini icra etdiyi müddət ərzində aqressiv faiz endirimlərinə çağırışlar edir.
Miran bildirib: "İstənməyən inflyasiyaya səbəb olmadan iş tapa biləcək təxminən bir milyon amerikalı işsiz var".
Miran vəzifə müddəti başa çatdıqdan sonra mərkəzi bankda qalıb-qalmayacağının hələ də qeyri-müəyyən olduğunu deyib.

Maliyyə     Tarix: 09 yanvar 2026

Oxşar xəbərlər

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler birbank leobank kart bitcoin qiymeti bank faizleri