FED rəsmilərinin açıqlamaları birjalar tərəfindən izlənilir - GÜNƏ BAXIŞ

FED rəsmilərinin açıqlamaları birjalar tərəfindən izlənilir - GÜNƏ BAXIŞABŞ-da borc limiti gündəmi investorların diqqət mərkəzində qalarkən dollar indeksinin 103.85 bənd hədlərinə qədər gerilədiyi müşahidə olunub.
Ağ Ev və Respublikaçılar arasında borc limitinin artırılmasına dair prinsipial razılaşmaya baxmayaraq, Konqresdəki bürokratik prosesin qalan məhdud müddətdə tamamlanıb tamamlana bilməyəcəyi ilə bağlı  narahatlıqlar fonunda birjalarda risk iştahı zəif olaraq qalır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Borc limiti üçün görülən tədbirlərin tükənməsinə və ölkədə nağd pul qıtlığının yaşanmasına günlər qalmış əldə edilən razılaşmadan sonra Nümayəndələr Palatasının sədri Kevin MakKarti borc limitinin 2025-ci il yanvarın 1-dək artırılmasını nəzərdə tutan qanun layihəsini çərşənbə günü səsverməyə çıxarılmasının planlaşdırıldığını açıqlayıb.
Makkarti verdiyi açıqlamada borc limitinin artırılması ilə bağlı qanun layihəsinin kifayət qədər sayda respublikaçının dəstəyini alacağına əmin olduğunu bildirib.
Nümayəndələr Palatasında Azlıqların Lideri Demokrat Hakem Cefriz də borc limiti qanun layihəsinin qəbulu üçün dəstək qazanmaqda problem görmədiyini qeyd edib.
Pul-kredit siyasəti cəbhəsində ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini daha 25 bənd artıracağına dair gözləntilər artarkən, FED rəsmilərinin açıqlamaları da birjalar tərəfindən izlənilir.
Riçmond FED sədri Tomas Barkin inflyasiyanın aşağı düşdüyünə əmin olmaq üçün tələbin soyuması əlamətlərini axtardığını bildirib. Barkin onu da əlavə edib ki, inflyasiyanın azaldılması çoxlarının gözlədiyindən daha çətin olacaq.
Digər tərəfdən, ABŞ-ın çip istehsalçısı Nvidia-nın səhmlərinin 3%-ə yaxın artması texnologiya paylarının artmasına səbəb oldu. Səhmlərinin artması ilə "Nvidia"-nın bazar dəyəri gün ərzində 1 trilyon dollara çatıb.
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri də CEO Elon Maskın Çinin xarici işlər naziri Qin Qanq ilə görüşündən sonra 4%-dən çox dəyər qazanıb.
Makroiqtisadi məlumatlara gəldikdə, ABŞ-da "Conference Board" İstehlakçı Güvən İndeksi may ayında aylıq müqayisədə 1.4 bənd azalaraq 102.3 bənd olaraq açıqlanıb.
Ölkədə "S&P Case-Shiller" Milli Ev Qiymətlərii İndeksi də mart ayında aylıq müqayisədə 0.4%  artıb.
Bu gün isə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və Amerikada dərc oluanacaq "JOLTS" İş İmkanları və Kadr Dəyişikliklərinə dair məlumatlar investorların diqqət mərkəzində olacaq.
TƏhlik İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 31 may 2023

Oxşar xəbərlər

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq valyuta kurslari bitcoin qiymeti