FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)

FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)Artıq Azərbaycanda kreditin verilməsi və kredit tarixçəsinin sorğulanması istiqamətində də innovativ yeniliklər görünməkdədir. Azərbaycan Kredit Bürosu (AKB) ötən həftəsonu açıqladı ki, onun tərəfindən yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması – FINDOC istifadəyə verilib.
Bildirilir ki, beynəlxalq təcrübə əsasında hazırlanmış platforma şəxslərin özləri barədə məlumatlara əlçatanlığının artırılmasına xidmət edir.
FINDOC platformasından qeydiyyatdan keçərək SİMA və ya ASAN İmza ilə razılıq ərizəsini imzalamaqla istifadəçilər özləri barədə AKB-də toplanmış məlumatlara rəqəmsal çıxış əldə edirlər.
Platformada qeydiyyatdan keçmiş şəxslər aşağıdakı xidmətlərdən yararlana bilərlər:
–      kredit hesabatına baxış;
–      skor hesabatına baxış;
–      kredit hesabatının PDF formatında əldə edilməsi;
–      kredit hesabatının ASAN İmza ilə imzalanmış formada əldə edilməsi;
–      kredit hesabatının AKB-nin rəsmi e-mailindən digər e-mail ünvanına yönləndirilməsi.
Qeyd edək ki, kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir. Tariflərlə bağlı ayrıca məlumat verəcəyik.
Qeydiyyatdan necə keçmək olar?
Bunun üçün ilk atacağınız addım saytına daxil olmaqdır. Platformadan istifadə etmək istəyən şəxslər qeydiyyatdan keçməlidir.
FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)Qeydiyyat sistemdə dövlət qurumları tərəfindən təqdim edilən elektron imzalar  – ASAN İmza və SİMA ilə mümkündür.
FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)Sistemdə Qeydiyyat hissəsinə klik edirik. FINDOC bizə iki e-imza ilə qeydiyyat təklif edir.
FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)ASAN İmza ilə qeydiyyat:
ASAN İmza ilə qeydiyyata daxil olduqda ASAN İmzanız varsa onunla, yoxdursa, sadəcə "İdentifikasiya nömrəsi ilə" olan hissəni klikləyib, oradan qeydiyyatdan keçirik.
FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)Bu mərhələdə aktiv istifadə etdiyiniz e-mail və FINDOC-a tətbiq edəcəyiniz açarsözü əlavə edirik. Platforma avtomatik olaraq e-mail ünvanınıza təsdiqləmə kodu göndərir. Yeni pəncərədə isə mobil nömrə və ondan da OTP kodu daxil etmək tələb edilir. Beləliklə, qeydiyyatdan keçmiş sayılırsınız.
FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)Mobil nömrə tələbi və OTP təsdiqi:
FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)Lakin, burada növbəti mərhələ olaraq FINDOC, ASAN İmza və SİMA ilə QR kod ilə son təsdiqləmə tələb edəcək. Bunun üçün müvafiq sistemi seçərək qeydiyyatdan keçə bilərsiniz.FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)İmzalanmaq mərhələsi:
FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)KEÇƏK TARİFLƏRƏ...
Platforma üç paketdə qiymətlər təklif edir: "Sadə", "Standard" və "Gümüş".
"Sadə" paketdən istifadədə ödəniş tələb edilmir və ildə cəmi iki dəfə mümkün olan iki xidmət təklif edilir – kredit və skorinq hesabatı.
"Standard" paketin qiyməti illik 5 manatdır. Bura daxildir:
Kredit hesabatı (ildə 6 dəfə)
Skorinq (ildə 6 dəfə)
İmzalanmış kredit hesabatının yönləndirilməsi (ildə 6 dəfə)
Kredit hesabatının yönləndirilməsi (ildə 6 dəfə)
"Gümüş" paket üçün illik ödəniş 10 manatdır. Bura daxildir:
Kredit hesabatı (ildə 12 dəfə)
Skorinq (ildə 12 dəfə)
İmzalanmış kredit hesabatının yönləndirilməsi (ildə 12 dəfə)
Kredit hesabatının yönləndirilməsi (ildə 12 dəfə)
Kredit tarixçəsi 5 balla qiymətləndirilir – pis, kafi, orta, yaxşı, əla
Kredit tarixçәsi – Mәlumatların saxlandığı üsul vә formadan asılı olmayaraq kredit tarixçәsi subyektinin cari vә ödәnilmiş borcları, borc öhdәliklәrinin tәminatı ilә bağlı, habelә ödәmә qabiliyyәtinin vә borc öhdәliklәrinin icra intizamının qiymәtlәndirilmәsi üçün lazım olan mәlumatların mәcmusu.
FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)Aşağıdakı səbəblərdən skor hesablamasından imtina olunur
Şəxsin cari dövr üzrə aktiv öhdəliyində yüksək gecikmə günləri mövcuddur
Şəxsin son 12 ay ərzində aktiv öhdəliyi mövcud olmamışdır
Şəxs qiymətləndirmə üçün çox yenidir
Şəxsin yaşı 16-dan kiçikdir
Şəxsin yenilənməmiş aktiv kreditləri mövcuddur / banker.az

Banklar     Tarix: 20 sentyabr 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun bitkoin almaq dollar məzənnəsi