"Finkaptial BOKT"ın 2024-cü il üzrə maliyyə hesabatları – FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ ARTIB
"Finkaptial Bank Olmayan Kredit Təşkilatı" MMC 2024-cü ili 146 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ili 137 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Finkaptial BOKT"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 6,6% artıb.
Marja.az "Finkaptial Bank Olmayan Kredit Təşkilatı" MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, təşkilatın faiz gəlirləri 2023-cü ildə 597 min manat ikən, 2024-cü ildə 701 min manat təşkil edib (104 min manat və ya 17,4% artıb)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən il "Finkaptial"ın haqq və komissiya gəlirləri isə 12 min manat və ya 8,3% artaraq 156 min manat olub.
31 dekabr 2024-cü il tarixində "Finkaptial BOKT" 3 milyon 505 min manat cəmi aktivlərə, o cümlədən 3 milyon 5 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub.
2024-c ildə "Finkaptial BOKT"ın nizamnamə kapitalı 245 min manat artırılaraq 545 min manata çatdırılıb. 2025-ci ildə də Təşklatın nizamnamə kapitalı 115 min manat artırılıb və hazırda 660 min manat təşkil edir.
2021-ci ilin iyul ayında dövlət qeydiyyatına alınmış "Finkaptial BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Bağırov Tural Şamil oğluna məxsusdur.
"Finkaptial Bank Olmayan Kredit Təşkilatı" MMC-nin 31 dekabr 2024-cü il tarixində bitmiş il üzrə maliyyə hesabatları – ƏTRAFLI







AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?