Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi
®Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB səviyyəsindən BB+ səviyyəsinə yüksəldib. Eyni zamanda, ABB-nin Dayanıqlılıq reytinqi bb səviyyəsindən bb+ səviyyəsinə yüksəldilib. Reytinq proqnozu Stabil olaraq müəyyənləşib.
Bu, Fitch-in son 15 ildə ABB-yə verdiyi ən yüksək reytinqlərdir. Ümumilikdə isə hazırda ABB-nin beynəlxalq reytinqləri ölkənin maliyyə sekorunda ən yüksək reytinqlər sayılır.
Reytinqin yüksəldilməsi ABB-nin maliyyə profilinin güclü qalması və risk profilinin yaxşılaşması ilə bağlıdır. Fitch ekspertlərinin rəyinə görə, Bankın bazar mövqeyi güclü, balans strukturu dayanıqlı, maliyyə göstəriciləri möhkəmdir. Ortamüddətli perspektivdə Bankın kredit portfeli artmaqda davam edəcək, aktivlərinin keyfiyyəti və gəlirliliyi isə yüksək səviyyədə qalacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?