Fitch Ratings: AFB Bankın depozit artımı orta bazar göstəricilərini üstələyib

Fitch Ratings: AFB Bankın depozit artımı orta bazar göstəricilərini üstələyibBeynəlxalq reytinq agentliyi Fitch Ratings AFB Bankın uzunmüddətli emitent defolt reytinqini (Long-Term IDR) "B" səviyyəsində "Stabil" proqnozla təsdiqləyib.
Bankın yaydığı pressrelizdə bildirilir ki, agentliyin 7 avqust 2026-cı il tarixində açıqladığı qiymətləndirmədə Bankın aktivlərinin keyfiyyətində müşahidə olunan yaxşılaşma, güclü kapital göstəriciləri, sürətlə genişlənən depozit bazası və mövcud likvidlik ehtiyatı qeyd olunur.
Fitch Ratings-in hesabatına əsasən, AFB Bankda problemli kreditlərin səviyyəsində əhəmiyyətli azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin sonunda problemli kreditlərin ümumi kredit portfelində payında əvvəlki illə müqayisədə iki dəfəyə yaxın yaxşılaşma qeydə alınıb.
Agentlik bu müsbət dinamikanın davam edəcəyini proqnozlaşdırır. Fitch-in gözləntilərinə görə, Mərhələ 3 və dəyərsizləşmiş kreditlər də daxil olmaqla, problemli kreditlərin payı 2026-cı ildə təxminən 4%-ə qədər azalaraq, 2027-ci ildə də bu səviyyəyə yaxın qala bilər. Bu dinamika əvvəlki dövrlərdən qalan kreditlər üzrə daxilolmalar, portfelin təmizlənməsi və kredit portfelinin artımı ilə əlaqələndirilir.
AFB Bankın kapital mövqeyi də Fitch tərəfindən diqqətə alınan əsas göstəricilər sırasındadır. 2026-cı ilin birinci yarısının sonunda Bankın I dərəcəli kapital əmsalı 16% təşkil edib və agentlik tərəfindən güclü səviyyə kimi qiymətləndirilib.
Hesabatda Bankın depozit bazasının artımı da xüsusi qeyd olunur. Müştəri depozitləri 2025-ci ildə 72%, 2026-cı ilin ilk altı ayında isə əlavə olaraq 56% artıb. Fitch bildirir ki, bu artım bank sektorunun orta göstəricilərini üstələyib və AFB Bankın inkişaf strategiyasını əks etdirir.
2026-cı ilin birinci yarısının sonunda müştəri depozitləri Bankın öhdəliklərinin 76%-ni təşkil edib. Eyni zamanda, Fitch AFB Bankın sürətlə genişlənən depozit bazası fonunda likvidlik mövqeyini məqbul qiymətləndirərək, mövcud likvidlik ehtiyatlarını Bankın maliyyə dayanıqlığını dəstəkləyən mühüm amillərdən biri kimi qeyd edib.
Bankın kredit portfelinin inkişafında da yüksək dinamika müşahidə olunub. 2026-cı ilin ilk yarısında kredit portfeli 35% artıb. Artım əsasən pərakəndə və kiçik və orta biznes seqmentlərinin maliyyələşdirilməsi hesabına formalaşıb.
Fitch Ratings eyni zamanda Azərbaycanın bank sektoru üzrə əməliyyat mühitinin qiymətləndirilməsini "bb-" səviyyəsindən "bb" səviyyəsinə yüksəldib və proqnozu "Stabil" saxlayıb. Agentlik bunu tənzimləyici nəzarətin gücləndirilməsi və risk əsaslı nəzarət mexanizmlərinin inkişafı ilə əlaqələndirir. Fitch-in qiymətləndirməsinə əsasən, Azərbaycanın bank sektorunun maliyyə profilinin 2026–2027-ci illərdə sağlam qalacağı gözlənilir.
AFB Bank üzrə reytinqin "B" səviyyəsində və "Stabil" proqnozla təsdiqlənməsi Bankın mövcud kredit profilinin beynəlxalq reytinq agentliyi tərəfindən növbəti dəfə qiymətləndirilməsinin nəticəsidir. Aktivlərin keyfiyyətinin yaxşılaşması, depozit bazasının genişlənməsi, kapital mövqeyinin güclü qalması və likvidliyin məqbul səviyyədə saxlanılması Bankın növbəti inkişaf mərhələsi üçün mühüm maliyyə göstəriciləridir.

Banklar     Tarix: 08 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler kripto biznes qurmaq dollar məzənnəsi bitcoin qiymeti