"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur

Azərbaycanın bank sektoru son illər dayanıqlılığını əhəmiyyətli dərəcədə artırıb və xarici mənfi təsirlərə həssaslığını xeyli azaldıb.
Bunu "Fitch Ratings"in Şərqi Avropa üzrə suveren reytinqlər qrupunun rəhbəri, baş direktor Erik Arispe Morales (Erich Arispe Morales) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib.
"Əgər əvvəlki onilliyin ortalarında ölkənin bank sistemi ciddi narahatlıq üçün səbəb idisə, bu gün mənzərə tam fərqlidir. Dollarlaşmanın azaldığını, xarici leverecin aşağı düşdüyünü, kifayət qədər kapital ehtiyatlarının yaradıldığını və bankların aktivlərinin keyfiyyətinin yaxşılaşdığını, həmçinin pərakəndə kreditləşmənin artdığını müşahidə edirik. Suveren reytinq baxımından hazırda bank sektoru heç bir təhlükə yaratmır", – agentliyin analitiki vurğulayıb.
"Fitch" nümayəndəsinin sözlərinə görə, maliyyə transmissiyası mexanizmlərinin məhdudluğu Azərbaycanın bank sisteminə müəyyən dərəcədə müstəqillik verir, onu ABŞ və Avropa ölkələrində faiz dərəcələrinin artırılmasının birbaşa təsirindən qoruyur. Bununla yanaşı, tənzimləyici və maliyyə bazarı iştirakçıları qarşısında bir neçə prioritet vəzifə qalmaqdadır. Onlardan birincisi pul-kredit siyasətinin transmissiya kanalının effektivliyinin gücləndirilməsi – izafi likvidlik şəraitində Azərbaycan Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı qərarlarının depozit və kredit dərəcələrinə səmərəli ötürülməsinin təmin edilməsi ilə bağlıdır. İkinci prioritet vəzifə isə sahibkarlıq sektoru tərəfindən kredit resurslarına olan tələbin aktivləşdirilməsindən ibarətdir.
"Hazırda banklar kifayət qədər likvidliyə malikdir və maliyyə təşkilatlarının özləri də dayanıqlı vəziyyətdədir. Əsas məsələ ondan ibarətdir ki, sabit kredit dövrünün formalaşması üçün məhz nə tələb olunur: maliyyə resurslarına çıxışdakı maneələrin aradan qaldırılması, yoxsa lazımi həcmdə keyfiyyətli layihələrin və özəl sektordan tələbin yaranması", – E.A.Morales deyib.
Beynəlxalq reytinq agentliyi növbəti bir il ərzində özəl sektorun strukturunda əhəmiyyətli dəyişikliklər proqnozlaşdırmır, lakin həm oxşar reytinq səviyyəsinə malik suveren analoqlarla müqayisədə, həm də regional miqyasda Azərbaycanın bank sisteminin nailiyyətlərinə bir daha diqqət çəkir. / banker.az

Banklar     Tarix: 07 oktyabr 2026

Oxşar xəbərlər

Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən "Sibos 2026" beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbi

SOCAR Green-in layihələri sığortalana bilər

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədə

Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək

İcbari Sığorta Bürosu (İSB) sığorta xidmətlərinin rəqəmsallaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsi və vətəndaşların sığorta məlumatlarına çıxış imkanlarının artırılması istiqamətind

Azərbaycan-Oman İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olması Bankın yeni səhmlərini əldə etməklə baş tutacaq. bu barədə "Azər-Türk Bank"a istinadən xəbər verir

"PAŞA Bank" IPO-dan sonra səhmdar strukturunu açıqlayıb

"PAŞA Bank" ASC-nin nizamnamə kapitalında "PAŞA Holding" MMC-yə məxsus olmuş 56,8195%-lik səhm paketi "PAŞA Maliyyə Holdinqi" MMC-yə ötürülüb. xəbər verir ki, bu barədə "PAŞA Bank"ı

Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bə

Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib

Azərbaycanda ticarət və xidmət sektoruna verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten – 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayını

Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq

Oktyabrın 2-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Düny

"Bank Respublika"nın səhm qiymətləri artırılır

"Bank Respublika" ASC nizamnamə kapitalını təxminən 39,55 mln manat və ya 19,7% artıraraq 240,30 mln manata çatdıracaq. xəbər verir ki, qərar bankın səhmdarlarının 24 sentyabr 2026-cı ildə keçirilmiş növbəti ümum


iqtisadi xeberler biznes krediti kicik biznes bitcoin qiymeti telefonla pul qazanmaq