Fiziki şəxslərin depozit portfeli 33% artıb – Expressbank
Expressbank 2024-cü ilin 4-cü rübü üzrə nəticələrini açıqlayıb.
Banker.az xəbər verir ki, Expressbank öncəki illərdə olduğu kimi, 2024-cü ili də müsbət nəticələrlə başa vurub. Belə ki, ötən il ərzində Expressbankın aktivləri 60 milyon manata yaxın və ya 11% artaraq 560 milyon manatdan 2024-cü ilin sonuna 620 milyon manata yüksəlib. Bununla da Expressbank öz stabil inkişafını qorumağa davam edib.
İl ərzində bankın kredit portfeli 23%-ə yaxın artaraq 409 milyon manatdan 501 milyon manata yüksəlib.
Bankın depozit portfeli 32 milyon manat artaraq 230 milyondan 262 milyon manata qalxıb. Belə ki, təkcə fiziki şəxslər üzrə depozit portfeli əvvəlki ilin analoji dövrü ilə müqayisədə 33% artım göstərərək 152 milyondan 202 milyona yüksəlib.
Bankın aktivlərinin artımı mənfəət-zərər göstəricilərində də öz əksini tapir. Belə ki, Bankın xalis faiz gəliri 15%, qeyri-faiz gəlirləri 8%-dən çox artmışdı. Nəticədə Bankın əməliyyat mənfəəti 10% artaraq 20 milyon manat təşkil edir. Bank il ərzində mümkün zərərlər üzrə yaratdığı ehtiyat və vergi xərcləri çıxıldıqdan sonra 11 milyon 237 min manat mənfəət əldə etmişdir.
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi "Fitch Ratings" 2024-cü ilin oktyabr ayında Expressbankın reytinqini gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib.
"Expressbank" ASC 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları