Fransa Bankının rəhbəri: Ölkə tədricən boğulma təhlükəsi ilə üz-üzədir

Fransa Bankının rəhbəri: Ölkə tədricən boğulma təhlükəsi ilə üz-üzədirFransa Bankının rəhbəri Fransua Villerua dö Qalo ölkənin maliyyə vəziyyəti ilə bağlı ciddi xəbərdarlıq edib. O bildirib ki, Fransa hazırda "iflas təhlükəsi" altında olmasa da, "tədricən boğulma" riski ilə üzləşib.
Fransa Bankının rəhbəri Villerua dö Qalo bu fikri "Lq Croix" qəzetinə verdiyi müsahibədə deyib. O, qeyd edib ki, ölkənin ictimai maliyyə vəziyyəti getdikcə pisləşir və bu, iqtisadi dinamikanın zəifləməsinə gətirib çıxara bilər.
Onun sözlərinə görə, beynəlxalq reytinq agentliyi Moody"s Fransanın kredit reytinqini dəyişməz saxlayıb, lakin "mənfi perspektiv" əlavə edib. "Bütün reytinq agentlikləri Fransa siyasətindəki qeyri-sabitlikdən və ciddi büdcə problemlərindən narahatdır", – deyə Fransa Bankının rəhbəri vurğulayıb. O, vəziyyəti təhlil edərk vurğulayıb ki, "Fransa iflas etməyəcək, xüsusilə də artan faiz ödənişləri səbəbindən, amma boğulma təhlükəsi altındadır".
Villerua dö Qalo, həmçinin, Fransanın siyasi sistemində "davamlı parçalanma" riskinə diqqət çəkib. Onun sözlərinə görə, son hökumətlər çox zaman parlamentdə sabit çoxluq qazana bilmədikləri üçün, bu vəziyyət dövlət institutlarının effektiv işləməsinə mane olur.
Fransa Bankının rəhbəri ölkənin dövlət borcunun rekord həddə çatdığını xatırladaraq deyib ki, 2025-ci ilin sentyabrına olan məlumata görə, Fransanın borcu 3,4 trilyon avronu keçərək ÜDM-in 115,6%-nə bərabər olub.
"Bizim spesifik problemimiz büdcədir", – deyə Villerua de Qalo bildirib. O, iqtisadi artım proqnozunun 2025-ci il üçün 0,7% olacağını və yeni iş yerlərinin yaradılmasının davam etdiyini qeyd edib.
Onun sözləri ölkədə maliyyə siyasətinin istiqaməti barədə geniş müzakirələrə səbəb olub. O, Fransa hökumətini israfçılığa son qoymağa və maliyyə sabitliyini bərpa etməyə çağırıb. / banker.az

Banklar     Tarix: 25 oktyabr 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart bitkoin almaq valyuta xeberleri 1000 manatla biznes