Gədəbəy və Tovuzda sahibkarlarla görüş - KOB dostları fəaliyyətə başlayıb

Gədəbəy və Tovuzda sahibkarlarla görüş - KOB dostları fəaliyyətə başlayıbKiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi və dövlət dəstəyi mexanizmləri barədə sahibkarların məlumatlandırılması üçün oktyabrın 1-də Gədəbəy və Tovuz rayonlarında sahibkarlarla görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə görüşlərdə sahibkarlar və onlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu rayonlarda həmçinin, KOBİA-nın Gədəbəy və Tovuz üzrə Kiçik və Orta Biznesin dostları – KOB dostları rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bununla da Qazax-Tovuz iqtisadi rayonunda KOB dostlarının sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 37 şəhər və rayonunda fəaliyyət göstərir.
Gədəbəy və Tovuz rayonlarında KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə "KOB könüllüləri" də fəaliyyət göstərir.
Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB dostları regionlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə dəstək verir.
Görüşlərdə sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Biznes     Tarix: 03 oktyabr 2022

Oxşar xəbərlər

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

Transfer Pricing sənədləşməsinin əhəmiyyəti nədir?

Bu sənədləşmənin əsas məqsədi əməliyyata görə ikiqat vergi tutmanın qarşısını almaqdır. İqtisadi bazarda əsasən beynalxalq törəmə şirkətləri arasında aparılan Transfer Pricing yəni Transfer qiymətlərinin sənədləşməsi əməliyyat

Azərbaycan İnvestisiya Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov vəzifəsindən uzaqlaşdırıldı

Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdar

"McDonald"s Azərbaycan" "Nizami Mall"da yeni restoran açıb - FOTOLAR

"McDonald"s Azərbaycan" "Nizami" metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən "Nizami Mall" ticarət mərkəzində yeni restoran açıb. xəbər verir ki, restoran "Nizam

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"


iqtisadi xeberler avtomobil xeberleri valyuta mezennesi bitkoin almaq online pul qazanmaq