Gələn ay "Rabitəbank"ın səhmdarları toplaşır
"Rabitəbank" ASC-nin müşahidə şurasının 16 aprel 2024cü il tarixli qərarına əsasən 17 may 2024cü il saat 17.00-da bankın səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcəkdir.
Banker.az xəbər verir ki, bu barədə bankın elanında bildirilir.
Ümumi yığıncağın gündəliyinə bunlar daxil edilir:
Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrinin yeni redaksiyada təsdiq edilmiş Banklarda Korporativ İdarəetmə standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə yenidən baxılması.
Təşkilati və cari məsələlər.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.
Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə ("Meqa Sığorta" ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Türk İnkişaf Bankı yaradıla bilər
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes növləri
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri