Gələn il ali təhsil xərcləri 2 dəfəyə qədər artırılır

Gələn il ali təhsil xərcləri 2 dəfəyə qədər artırılırGələn il təhsil xərcləri 4 549 916 090,0 manat proqnozlaşdırılır.
Bu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bu, 2023-cü illə müqayisədə 142 751 761 manat, yaxud 3,2 faiz çoxdur. 2023-cü ildə təhsil xərcləri 4 407 164 329,0 manat nəzərdə tutulub.
2023-cü illə müqayisədə ən çox artım ali təhsil xərcləri sahəsində olacaq. Ali təhsil xərcləri 64 199 313 manat, başqa sözlə, 91 faizə, yaxud 2 dəfəyə qədər artırılaraq 70 606 841,0 manatdan 134 806 154,0 manata qaldırılır. Məktəbəqədər təhsil xərcləri 11,9 faiz artırılaraq 453 018 349,0 manata, ümumi təhsil xərcləri 13 faiz artırılaraq 2 371 983 758,0 manata, peşə təhsili xərcləri 20 faiz artırılaraq 77 135 017,0 manata, orta ixtisas təhsili xərcləri 16.6 faiz artırılaraq 101 114 397,0 manata, əlavə təhsil xərcləri 75 faiz artırılaraq 20 727 009,0 manata yüksəldilir. Gələn il təhsil sahəsində tətbiqi tədqiqatlar 7 586 356,0 manat ayrılır ki, bu da 2023-cü illə müqayisədə 10,1 faiz çoxdur. Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər isə azaldılır. 2024-cü ildə bu məqsədlə 1 383 545 050,0 manat ayrılması proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 279 466 574 manat, yaxud 16,8 faiz azdır. / marja.az

Maliyyə     Tarix: 14 oktyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler bank faizleri biznes qurmaq bitkoin valyuta xeberleri