"Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu" baş tutub

®14 İyun – Ümumdünya Qan Donoru Günü ərəfəsində "Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu" keçirilib. Forum Qırmızı Ürəklər Fondu, Qan Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və "Fairmont Baku" otelinin birgə tərəfdaşlığı ilə baş tutub.
Forumun məqsədi qan donorluğunun inkişafına dəstək olmaq, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasını təşviq etmək və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası istiqamətində cəmiyyətin maarifləndirilməsi idi.
Forumu çıxış sözü ilə açan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bu xüsusi günün yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıb. "Bu gün xüsusən bölgələrimizdə qan donorluğunun təbliğinə ehtiyac var. Doğrudur, bu isiqamətdə bir çox təbliğat xarakterli işlər görülür, amma bu işlərin miqyasını genişləndirmək olduqca vacibdir. Düşünürəm ki, bizim bugünkü forumda irəli sürülən təşəbbüslər yaxın gələcəkdə daha gözəl nəticələrin əldə olunmasına kömək edəcək".
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə fondun könüllük istiqamətində gördüyü işlərdən və bu sahədə bütün qurumların birlikdə fəaliyyətinin önəmindən danışıb. "Biz fond olaraq korporativ sosial məsuliyyətimizi dərk edir və vaxtaşırı bu istiqamətdə bir çox layihələr həyata keçiririk. Eyni zamanda bu mövzuda burada iştirak edən bütün aidiyyatı qurumlar ayrı-ayrılıqda maraqlı təbliğat işləri görürlər. Bu təcrübələri bölüşmək və birləşdirmək cəmiyyətimiz üçün qan donorluğunun daha da artması istiqamətində böyük və faydalı nəticələrə gətirib çıxaracaq. Forumun əsas məqsədi və bu görüşdən gözləntimiz də elə budur".
Forumun davamı olaraq tədbirdə iştirak edən 25 gənc "Gənc qan donorlarının ictimai müzakirə platforması" layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimlərdə iştirak edəcəklər. Daha sonra onlar yaşadıqları regionlarda gənclər arasında "könüllü donorluq şəbəkəsi"nin qurulmasına cəlb olunacaqlar. 
Tərəfdaşların rəsmi nümayəndələrinin, millət vəkillərinin və cəmiyyətin ziyalı şəxslərinin iştirak etdiyi tədbirin təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə Kapital Bank da Məkrəzi Qan Bankı və Qan Donorları Assosiasiyası tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.  saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planlar və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət" bölməsinə daxil olub ianələr etmək olar. / banker.az

Banklar     Tarix: 14 iyun 2024

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne