Gilas bağı necə sığorta olunur?

Gilas bağı necə sığorta olunur?Son illər Azərbaycanda sürətlə yayılan və böyük gəlir gətirən meyvələrdən biri də gilasdır. Təqribi hesablamalara əsasən, son 3 ildə bu meyvənin ixracından  ölkəyə 120 milyon dollar vəsait daxil olub və bu rəqəm hər il artmaqdadır. 
Ümumilikdə 12 000 hektar ərazidə becərilən gilas Azərbaycanda kütləvi şəkildə əkilən meyvələrdəndir – gilas bağları ölkənin demək olar ki, bütün ərazisində – 65 rayonda mövcuddur. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ərazisinə görə ən çox gilas bağları Xaçmaz rayonunda (4422 ha) yerləşir. Qubada gilas bağlarının sahəsi 2317 hektar, Qusarda 800 hektar, Şabranda 595 hektar, Şəmkirdə 233 hektar, Ağdaşda 220 hektardır. Rütubətə tələbkar bitki olan gilas istehsalının təxminən 45%-i ölkənin Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür. 
Gilas bağlarının 2900 hektarını, yəni təqribən dörddə birini daha məhsuldar olan intensiv və superintensiv bağlar təşkil edir. Bağların sürətlə artması gilasın ixracına da təsir edir. Son 3 ildə ixrac olunan gilasın miqdarı 2 dəfə artıb. 
Belə ki, 2021-ci ildə Azərbaycandan xaricə ümumi dəyəri 31,1 milyon dollar olan 19,4 min ton gilas ixrac edilib. 2022-ci ildə ixrac olunan gilasın həcmi 10 min ton artaraq 29,2 min tona, ixracdan gələn gəlir isə 41,6 milyon dollara yüksəlib. 
2023-cü ilin 11 ayında isə ölkədən ümumi dəyəri 44,6 milyon dollar olan 35,6 min ton gilas ixrac edilib. 
Bu sahəyə yatırılan vəsaiti, ölkə iqtisadiyyatına gətirdiyi gəliri və artan ixrac imkanlarını nəzərə aldıqda, gilas bağlarının müxtəlif risklərdən sığortalanması çox vacibdir. 
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan və 41 bitkini əhatə edən aqrar sığorta vasitəsilə gilas bağlarını da sığortalamaq mümkündür. 
Gilas təbiət hadisələrinə və ətraf təsirlərə həssas bitki olduğuna görə, onun sığortalanması xüsusilə vacibdir. Aqrar sığorta mexanizmi vasitəsilə gilas bağını müxtəlif risklərdən – dolu, sel-subasma, fırtına, qasırğa, normadan artıq yağıntı, yanğın, 3-cü şəxslərin hərəkətlərindən sığortalamaq mümkündür (baza sığorta zərfi). 
Sığorta tarifi və onun əsasında hesablanan sığorta haqqı isə müxtəlif regionlar üzrə fərqlidir. Burada əsas məqam hesablanan sığorta haqqının 50%-nin fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilməsidir. 
Məsələn, 1000 manatlıq gilas məhsulunun baza sığorta zərfi ilə sığorta edilməsi fermerə Quba-Xaçmaz regionunda 20 manata, Dağlıq Şirvan regionunda 24 manata, Mərkəzi Aran, Lənkəran-Astara və Şirvan-Salyan regionlarında 18 manata başa gəlir. 
Bu rəqəm Qazax-Tovuz və Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarında 39 manat, Şəki-Zaqatalada 33 manat təşkil edir.  
Bundan başqa, əlavə ödəniş müqabilində gilas bağının meyvəsini şaxtavurma (donvurma), yağmur, doludan keyfiyyət itkisi kimi vacib risklərdən də sığortalamaq olar. 
Aqrar sığorta vasitəsilə gilas ağaclarını da ayrıca sığortalamaq mümkündür. Bu zaman ağac məhv olduğu təqdirdə, onun 3 illik meyvəsinin dəyəri qədər ödəniş edilir – bu sığorta üçün sığorta tarifi ölkənin bütün ərazisində 0,83% təşkil edir.  
Məsələn, ildə 50 manatlıq məhsul verən 1 gilas ağacının çoxsaylı risklərdən qorunması üçün sığorta haqqı cəmi 1,26 manat, fermerin ödədiyi məbləğ isə cəmi 0,63 manatdır. 
Artıq Aqrar Sığorta Fondu gilas bağları üzrə sığorta ödənişlərinə başlayıb – 2023-cü ilin sonunda İsmayıllıda yerləşən gilas bağlarında təbiət hadisəsi nəticəsində dəyən zərərə görə 2 fermerə 42 min manat sığorta ödənişi edilib. 
Ümumilikdə 2023-cü ildə Aqrar Sığorta Fondu tərəfindən əkin sahələrinə, bağçılıq və heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə fermerlərə ümumilikdə 4,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu, 2022-ci illə müqayisədə 80 % artıqdır. 
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı  Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki "Bitkiçilik sığortası kalkulyatoru" vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.  / marja.az

Banklar     Tarix: 14 fevral 2024

Oxşar xəbərlər

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)

5 may 2026-cı il tarixinə Azərbaycanda manat üzrə 6 aydan 36 ayadək müddəti əhatə edən əmanət faizlərini araşdırıb. 6 aylıq əmanətlərdə bazarda ən yüksək faizlər "Expressbank" və "Kapital Bank" tərəfində

"Azər-Türk Bank"da yığıncaq keçiriləcək

22 iyun 2026-cı il tarixində saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi Yığıncaq Bankın inzibati binası yerləşə

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7%-dək endirim kampaniyasının müddətini uzatdı

AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 00 AZN-dək nağd kredit məhsulu təqdim edir. Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlə

"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı. xəbər verir ki

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək


iqtisadi xeberler dollarin kursu bu gun biznes krediti valyuta kurslari dollar manat kursu