Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Gön (iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının gönləri) ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb.
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına 500 ABŞ dolları gömrük rüsumu tətbiq edilibsə, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək tətbiq edilən gömrük rüsumu 250 ABŞ dolları olacaq.
Azərbaycana idxal edilən təzə və qurudulmuş gönlərə tətbiq edilən gömrük rüsumları da 2 dəfə azaldılaraq 1000 kiloqram üçün 150 ABŞ dollarından 75 ABŞ dollarına endirilib. / marja.az

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Whatsapp biznesin üstünlükləri nələrdir?