Google-dan Belçikaya 5 milyard avroluq investisiya
Texnologiya şirkəti Google, Belçikada bulud və süni intellekt infrastrukturunu inkişaf etdirmək məqsədilə 5 milyard avro investisiya qoyacağını bildirib.
Biznes.az xəbər verir ki, Google, Belçikaya ediləcək yeni investisiya ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib: "Google, gələcək iki il ərzində bulud və süni intellekt infrastrukturunu genişləndirmək məqsədilə Belçikaya əlavə olaraq 5 milyard avro investisiya qoyacaq."
Əlavə investisiyanın ölkədə yerləşən məlumat mərkəzinin genişləndirilməsini də əhatə edəcəyi və bu çərçivədə 300 yeni iş yerinin yaradılacağı qeyd olunub.
Açıqlamada həmçinin Belçikada külək enerjisinə də investisiya qoyulacağı və elektrik şəbəkəsinin təmiz enerji ilə dəstəklənməsinin təmin ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Google-un Belçikanın Saint-Ghislain şəhərində təxminən 11 milyard avro dəyərində investisiya ilə qurduğu və 600 nəfərin çalışdığı böyük bir məlumat mərkəzi mövcuddur.

Mərkəzi Banka yeni baş direktor təyin edilib
"Bitcoin" 83,6 min dollara yüksəlib - SON QİYMƏT
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
"Bank Respublika"nın nizamnamə kapitalı 240 milyon manatı keçəcək
Start-up nədir?
ZARA-nın uğur hekayəsi
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dünyanın ən zəngin idmançıları
Kriptovalyuta nədir?