Gündəlik istehsal 300 ton təşkil edir, 9 ölkəyə məhsul ixrac edir – YERLİ ŞİRKƏTLƏ – MÜSAHİBƏ

Gündəlik istehsal 300 ton təşkil edir, 9 ölkəyə məhsul ixrac edir – YERLİ ŞİRKƏTLƏ – MÜSAHİBƏXəbər verildiyi kimi, Sumqayıt Kimya Sənaye Parkından ilk dəfə olaraq İrlandiyaya şəffaf şüşə vərəqələrin ixracına başlanılıb. Sənaye parkında fəaliyyət göstərən «Azərfloat» QSC ilkin olaraq İrlandiyaya 140 ton şüşə göndərilib.
FED.az xəbər verir ki, bu Sənaye parkında fəaliyyət göstərən «Azərfloat» QSC-nin xaricə ilk ixracı deyil, şirkət indiyə qədər 9 xarici ölkəyə məhsul ixrac edib.
Azərbaycanda yeni layihə – 10 MİLYON YATIRIM, 750 İŞ YERİ
Mövzu ilə əlaqəli FED.az-ın suallarını «Azərfloat» şirkətinin direktor müavini Bəhmən Əliyev cavablandırıb:
- Bəhmən müəllim, əvvəlcə şirkətiniz, onun imkanları  barədə məlumat verərdiniz.
- Şirkətimiz 2021-ci ilin yanvar ayından etibarən istehsalata başlamışdır və ölkə üzrə termoformasiya texnologiyası ilə vərəqə şüşə istehsal edən yeganə zavoddur. Ümumiyyətlə müəssisəmizdə beynəlxalq standartlara cavab verən keyfiyyətdə qalınlığı 2 mm-dən 12 mm-ə qədər vərəqə şüşələr istehsal olunur. İstehsal avadanlıqlarımız Almaniya, Finlandiya və İtaliya kimi qabaqcıl ölkələrin istehsalıdır. Eyni zamanda zavodumuzda olan digər texnika və avadanlıqlarımız Danimarka, İsveç, Belçika və Türkiyə kimi ölkələrin istehsalıdır.
- Müəssisənin istehsal gücü nə qədərdir?
- Gündəlik istehsal gücümüz təxminən 300 ton-dur. Bu da öz növbəsində aylıq ortalama 9,000 ton şüşə istehsalı deməkdir. İstehsal olunmuş şüşələr həm daxili həm də xarici bazarda satılır. Hal-hazırda satışın 35-40 %-ə qədəri ölkəmizin vərəqə şüşəyə olan tələbinin ödənilməsinə yönləndirildiyi halda, digər 60-65 % hissəsi isə ixrac olunur. Dünyanın 9 ölkəsinə məhsul ixrac edirik.
-Söhbət hansı ölkələrdən gedir?
- Polşa, Türkiyə, İspaniya, İrlandiya, İsrail, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstan kimi ölkələr.
- Keçən həftədən İrlandiyaya ixraca başlanılıb. Bu şüşə İrlandiyada nə üçün istifadə olunacaq?
- Şüşə sənayesində bizim istehsal etdiyimiz vərəqə şüşələr əslində son məhsul deyil. Bizim alıcılarımızın 80 faizi üçün bu son məhsul deyil, aralıq xammaldır. Çünki bundan avtomobil şüşələrinin, duş kobinələri, müxtəlif qalın müstəvi şüşələrin istehsalında və s. istifadə olunur. Yəni məhsulumuz təkar emal üçün peçə salınır. Ümumiyyətlə ixraca satılan məhsulumuz əsasən məişət avadanlıqlarının şüşələri üçün, eləcə də mebel avadanlıqları üçün istifadə olunur. Həmçinin Avropa ölkələrində vərəqə şüşələrinə olan tələb əsasən inşaat sektorunda istifadə olunur.
- Bəs necə oldu ki İrlandiyaya məhsul ixrac etməyə başladınız? Hansısa tenderdə qalib gəldiniz, yoxsa sadəcə danışıqlar yolu ilə?
- Xeyr, bu tender və ya bizim müraciətimizlə bağlı deyil. İrlandiya tərəfi özü bizə şüşə almaqla bağlı müraciət edib, biz də razılıq verdik. Ümumiyyətlə ixraca 2021-ci ilin aprel-may aylarından başlamağımıza baxmayaraq məhsulumuz keyfiyyətli olduğuna görə, tez bir zamanda müştərilər tərəfindən bəyənilib. Buna görə də, ixrac miqyasımız sürətlə genişlənir. Yəni əvvəllər yalnız qonşu ölkələrə ixrac həyata keçirdirdiksə, indi məhsulumuzu Avropa ölkələrinə ixrac etməyə başladıq. İrlandiyaya ixracımız da qarşı tərəfin Azərfloat məhsulları ilə tanışlıqdan sonra göstərdikləri təşəbbüsləri nəticəsində ərsəyə gəlib.
- Bəhmən müəllim, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın bir sıra şirkətlərinin ixracına mənfi təsir edib, onların məhsullarının daşınmasında problemlər yaradıb. Bu proses sizin şirkətin ixrac əməliyyatlarına da təsir edibmi? 
- Bəli, baş verənlər bizim ixraca da təsirini göstərir. Qeyd edim ki, ümumiyyətlə, sifarişlərimiz böyükdür və bu sifarişləri istehsalçı olaraq qarşılamaq imkanına malikik. Amma məlum olduğu kimi logistika ilə bağlı çətinliklər var. İxrac olunan məhsul indi fərqli marşrutla daşındığına görə, daşıma qiymətləri də 3-4 dəfə yüksəlib. Əvvəllər 1800-2000 dollara daşınan yüklər indi, 7000-7500 dollara daşınır. Məhz bu səbəbdən İrlandiyaya yalnız 140 ton məhsul ixrac edə bilmişik. Ümumiyyətlə, münaqişəyə qədər bizim müəssisənin ixracının 30%-i Ukraynaya idi, çünki bu ölkədə şüşə istehsalı yoxdur. Amma münaqişə başlayandan sonra Ukraynaya ixrac sıfıra endi. Yalnız son 1 ayda bu ölkəyə ixracı bərpa etdik və Ukraynanın ixracımızda payı yenidən 7-8%-ə yüksəldi, ümid edirik ki, daşımadakı problemlər və qiymətlər azaldıqca ixrac daha da artacaq. 
- İstehsal olunan məhsulun hansı hissəsini xaricə ixrac edirsiniz?
- İstehsal olunan məhsulun 65%-ə qədərini adlarını az öncə qeyd etdiyim ölkələrə ixrac edirik.
- İxrac üçün sizdən hansı sertifikarlar tələb olundu?
- İxrac ilə əlaqədar olaraq tələb olunan müvafiq sertifikatların hər birinə sahibik. Məsələn uyğunluq sertifikatı, mənşəə sertifikatı və digər keyfiyyət göstəriciləri sertifikatları. Məhsulun keyfiyyətindən savayı daxili idarəetmə sistemində də keyfiyyətin artırılması məqsədi ilə İSO sertifikatının əldə edilməsi istiqamətində müəyyən işlər görülür.
- Bundan sonrakı planlarınız necədir? Başqa ölkələrə də ixracı düşünürsünüzmü?
- Əsas planımız, istehsalı və ixracı artırıb müəssisəyə və ölkəmizə gəlir gətirməkdir. Əsas hədəflərimizdən və planlarımızdan biri ixrac həcminə görə ölkə daxili müəssisələr arasında ön sıralarda yer almaqdır. Bu məqsədlə yerli və xarici bazarlarda vərəqə şüşələrinə olan tələbatı davamlı şəkildə təmin etməyi planlayırıq. Mövcud ölkələr ilə yanaşı həmçinin satış üçün digər ölkələrin də axtarışındayıq və yaxın gələcəkdə həmçinin Belçika və Hollandiya ölkələri ilə əməkdaşlıq etməyi planlayırıq. Hal-hazırda adlarını çəkdiyim ölkələr ilə müsbət danışıqlar gedir və düşünürük ki yaxın bir zaman çərçivəsində həmin ölkələrə satışlarımızı reallaşdıra biləcəyik.
- Bəhmən müəllim, məhsulu yerli bazara satmaq sərfəlidir, yoxsa xarici bazara? Xaricə satışın tələbləri sərtdirmi?
- Hər iki bazarın öz üstünlükləri var deyərdim. Yerli satış ölkəyə valyuta gətirməsə də, burada ƏDV olduğu üçün bu, büdcə üçün maraqlıdır. Eyni zamanda, məhsulu yerli bazara satmaq bizim üçün logistik çətinlikləri aradan qaldırmağa və satışlarımızı daha tez bir reallaşdırmağa imkan verir.
Digər tərəfdən, daxili bazarlara satılan vərəqə şüşələr yerli müəssisələrin idxal məhsula tələbini azaldır, digər ölkələrdən gətirilən aşağı keyfiyyətli şüşənin və onlara xərclənən vəsaitlərin, ölkədən valyuta axınının qarşısı alınır. Xaricə satış isə ölkəyə valyuta axınını təmin edir. Xaricə satışın tələblərinin sərtliyinə gəldikdə isə, məhsulumuzun yüksək keyfiyyətli olması ilə bu tələbləri asanlıqla qarşılaya bilirik.

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Dövlət agentliyi fiziki şəxsdən 10 mənzil aldı - MƏBLƏĞ

"Sosial Xidmətlər Agentliyi" PHŞ tərəfindən əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Sabirabad rayonunda 10 ədəd üçotaqlı mənzilin satın alınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb. 3

Yenilənmiş "Prestij" lotereyasında yarım milyon uduş sahibini gözləyir

Ölkənin qanuni lotereya və idman mərc oyunları operatoru "Azərlotereya"nın çox sevilən "Poz-Qazan" oyunlarında böyük uduşlar növbəti qaliblərini axtarır. xəbər verir ki, yenilənmiş "Prestij"

"SOCAR Polymer" ixracatını 256 milyon dollara çatdırıb

2025-ci ilin yanvar-dekabr aylarında "SOCAR Polymer" MMC xaricə 255,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI. biznes və maliyyə xəbərləri portalı b

"Temu" Türkiyəyə satışları dayandırdı

Dünyanın ən böyük elektron ticarət platformalarından biri olan TEMU, türk istifadəçilərinə xaricdən məhsul almağı rəsmi olaraq qadağan edib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, artıq TEMU-nun mobil tətbiq

4,6 milyon manat vergi borcu olan şirkət adını təşkilati-hüquqi formasını dəyişir

"Avrasiya Construction Ltd" MMC adını və təşkilati-hüquqi formasını dəyişir. "Trendyol Azərbaycan" nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, adını və təşkilati-hüquq

Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciə

Türkiyədə restoranlarda servis haqqı qadağan edildi

Türkiyədə restoran, kafe, şirniyyat mağazası, eləcə də, digər qida və içki müəssisələrində istehlakçılardan xidmət haqqı, masa haqqı, örtük haqqı və ya oxşar adlarla əlavə ödənişlərin tələb edilməsi qadağan olunub. "Servi

"Trendyol Azərbaycan" nizamnamə kapitalını azaldır

"Trendyol Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406528091) "Trendyol Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 200 manat məbləğində azaldıldığını elan edir. Azərbaycand

Meliorasiya və Su Təsərrüfatının tabeliyindəki qurum - LƏĞV OLUNUR

Meliorasiya və Su Təsərrüfatı Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi (VÖEN: 2300216101) ləğv olunduğunu elan edir. Yevlaxda 450 minlik şirkət ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini 200 Gənc


iqtisadi xeberler dollar məzənnəsi dollarin kursu bu gun pul qazanmaq valyuta kurslari