Hacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülüb

Hacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülüb"Keyfiyyət təminatımızdır"  missiyasını həyata keçirən Hacıqabul Quşçuluq Şirkəti bu öhdəliyi Beynəlxalq İSO sertifikatları ilə təsdiq edib.
"Hacıqabul Quşçuluq Şirkəti" MMC-nin "Keyfiyyətə Nəzarət" şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalova keçirilən tədbirdə bildirib ki, Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti Niderlandın aqrar sahə üzrə Beynəlxalq Akkreditasiya şirkəti olan "KİWA" tərəfindən beynəlxalq İSO 9001:2015 Keyfiyyəti İdarəetmə və İSO 22000:2018 (HACCP) Qida Təhlükəsizliyi İdarəetmə sertifikatlarına layiq görülüb.
Məlumat verilib ki, ölkənin aparıcı şirkətinin əhalinin qida təhlükəsizliyinə verdiyi tövhə çox vacibdir və sağlamlığın əsasını təşkil edir. Şirkət hər zaman istehlakçıların mənafeyini düşünüb və "bençmarkinq" strateqiyasını hədəf götürmüşdür.
"KİWA" şirkəti beynəlxalq sertifikatlaşdırma, test və inspeksiya xidmətləri üzrə qlobal liderdir. Avropa, Asiya və Latın Amerikasında 150-dən çox ofisi olan şirkət dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir.  "KİWA" şirkəti kənd təsərrüfatı, yem, qida, istehsal, emal sənayesi sektoru, biznesin inkişafı sahəsi, ictimai və özəl sektorda, dövlət və beynəlxalq qurumlara xidmət göstərir və öz geniş təcrübəsi ilə müştərilərə dəstək olur.
Qeyd edək ki, Azərbaycanda yumurta sahəsində ilk beynəlxalq sertifikat alan Hacıqabul Quşçuluq Şirkəti hazırda gündəlik 2.000 000 ədəd illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Burada qurulan lalabratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Yem məhsullarının təhlükəsizliyi parametrləri üzrə o cümlədən yumurta məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır. Yemin analizi xüsusi şup cihazı ilə birbaşa standartlara uyğun götürülür və ABŞ istesalı olan NIR cihazında keyfiyyət göstəriciləri təyin edilirək və klassik metodlarla müqayisə edilir. Bundan başqa laboratoriyada gündəlik istehsal olunan yumurtaların mikrobioloji, toksikoloji, radioloji, fiziki-kimyəvi müayinələri peşəkar mütəxəssislər tərəfindən icra edilir. Quşun sağlamlığına ELİSA və PZR müayinələri ilə nəzarət olunur. Laboratoriya 7 ay hazırlıq müddəti ərzində AZAK tərəfindən akkreditasiya edilmişdir və ölkədə quşçuluq sənayesində İSO 17025:2020 sertifikatını alaraq ilkə imza atmışdır.
Sertifikatların təqdimatında Almaniyanın "Lohmann Breeder" şirkətinin MDB üzrə kordinatoru, quşçuluq üzrə tanınmış ekspert Norbert Mişke iştirak etmişdir.
Sertifikatlar şirkətin rəhbərliyinə təqdim edilmişdir. 
Məlumat üçün bildirək ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulub. Şirkət istehsal ərazisində enerji səmərəliliyini artırmaq üçün günəş elektrik enerjisinə keçid edib. Fabrik ərazisində  "günəş panelləri" texnologiyasından  istifadə edilir.
Hacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülübHacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülübHacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülübHacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülübHacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülübHacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülüb/ marja.az

Maliyyə     Tarix: 21 yanvar 2025

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi bitcoin bitkoin qiymeti