Hansı qida məhsullarını istehsal edənlərə vergi güzəşti olacağı müəyyənləşdi - SİYAHI
Vergi Məcəlləsində idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalının həyata keçirilməsi fəaliyyəti üzrə vergilərdən güzəştlərin verilməsi nəzərdə tutulub.
Marja.az xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısını təsdiqləyib.
Beləliklə, qeyd edilən malların istehsalı ilə məşğul olan sahibkarların həmin sahədə göstərdiyi fəaliyyətdən əldə etdiyi gəlir və mənfəətlərinin 50 faizi 7 il müddətinə vergidən azad edilir. Həmçinin, həmin malların istehsalçılarının həmin fəaliyyətdə istifadə etdiyi əmlak və torpaqlar da 7 il müddətinə əmlak və torpaq vergilərindən azad edilir.
Qeyd edilib ki, Siyahı qida (ərzaq) məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida (ərzaq) məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur.
Həmçinin, xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida (ərzaq) məhsularının istehsalı (emalı) hesab edilmir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci və 207.10-cu maddələrində nəzərdə tutulmuş vergi güzəştləri bu fəaliyyətləri həyata keçirən vergi ödəyicilərinə şamil edilmir.
İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının S İ Y A H I S I



XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?