"Hazırda 400 000-dən artıq taksit kart müştərimiz var, dövriyyə 300 milyon manatdan çoxdur"
"Hazırda kredit kartları üzrə portfelimiz isə təxminən 420 milyon manat təşkil edir".
Marja.az xəbər verir ki, bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Ramil İmamov, "Bununla paralel olaraq kart biznesinin inkişafı da uğurla davam etdirilir", deyərək sözlərinə belə davam edib:
"Bununla paralel olaraq kart biznesinin inkişafı da uğurla davam etdirilir. Debet kart satışlarının sayında kəskin artım olub ki, hazırda bazarda debet kart sayımız 1,6 milyondan artıqdır. Birbank kartları üzrə 2022-ci ilin sonu üçün ümumi olaraq dövriyyə hədəfimiz 2 milyard manatdır və biz artıq bu rəqəmə çatmışıq. Taksit kart bazarında da Birbank kartlarımız lider mövqedədir. Belə ki, hazırda 400 000-dən artıq taksit kart müştərimiz var ki, onların da ümumi taksit dövriyyəsi 300 milyon manatdan çoxdur. Bu da ümumi taksit bazar payının 82%-i deməkdir. Hazırda ümumi xidmət üzrə partnyorlarımızın sayı 20 000-dən çoxdur. Kart biznesinin inkişafı ilə paralel olaraq ekvayrinq biznesi üzrə də artım müşahidə olunur. Belə ki, hazırda Kapital Bank-ın 15 000-dən artıq POS-terminal, 1 000-ə yaxın e-ticarət və 4 000-dən artıq Mobil-POS müştərisi vardır".

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Green Card nədir və onu necə əldə etmək olar?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Cash Back nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız