Hər 1000 kv.km əraziyə 6 bank filialı, hər 100 min nəfərə 29 ATM düşür

Hər 1000 kv.km əraziyə 6 bank filialı, hər 100 min nəfərə 29 ATM düşürÖlkə bank-mərkəzli maliyyə arxitekturasına malik olduğu üçün iqtisadiyyatın maliyyələşməsində bank sistemi əsas maliyyə vasitəçisi funksiyasını həyata keçirir. 
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.
Qeyd edilir ki, bank sektorunun maliyyə dərinliyini xarakterizə edən əsas göstəricilərdən olan bank aktivlərinin ÜDM-ə nisbəti göstəricisi 35.2% təşkil edir. Eyni zamanda, digər maliyyə dərinliyi göstəricisi olan kredit portfelinin ÜDM-ə nisbəti isə 14.6% təşkil edir (kredit portfelinin qeyri-neft ÜDM-ə nisbəti 28%-dir). 
Azərbaycan bank sektorunun maliyyə dərinliyi göstəriciləri bençmark ölkələrlə müqayisədə aşağıdır ki, bu da bank sektorunun gələcək artım potensialını ifadə edir.
Ölkədə 25 bank fəaliyyət göstərir. Bu banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 11-dir və bir xarici bankın yerli filialı mövcuddur. Sektorun xidmət şəbəkəsi 487 filial, 91 şöbə, 2997 ATM, 22.8 min nəfər işçidən ibarətdir. 
Hər 1000 kv.km əraziyə düşən filial sayı 6, hər 100 min nəfərə düşən ATM sayı isə 29 təşkil edir. 
Ötən ilin sonu ilə müqayisədə xidmət şəbəkəsinin əhəmiyyətli genişlənmədiyi (filial şəbəkəsi üzrə artım 2%, ATM sayı üzrə artım 3%) müşahidə edilir. Bu, bank sektorunda rəqəmsal xidmət həllərinin artması ilə (bankların mobil tətbiqlərini təkmilləşdirməsi, rəqəmsal kart təkliflərinin artırılması və s.) izah olunur. 
Hesabatda bildirilir ki, iqtisadi aktivliyin yüksəlməsi və bankların resurs bazasının genişlənməsi fonunda bank sektorunun balansının əhəmiyyətli genişlənməsi baş vermişdir. İl ərzində bank sektorunun aktivləri 22% (8.6 mlrd. manat) artaraq 47.1 mlrd. manat təşkil etmişdir. Öhdəliklər isə 24% (7.9 mlrd. manat) artaraq 41.4 mlrd. manat təşkil etmişdir. 
2022-ci ilin sonu üzrə bank sektorunun aktivlərinin 39%-i xalis kredit portfeli, 37%-i likvid aktivlər, 11%-i maliyyə institutlarına yerləşdirilmiş depozit və kreditlər, 13%-i isə digər aktivlər təşkil edir. Bank sektorunun öhdəlikləri əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşıb. Belə ki, öhdəliklərin 54%-i hüquqi şəxslərin depozitləri, 28%-i fiziki şəxslərin depozitləri, 12%-i maliyyə institutları qarşısında öhdəliklər, 6%-i digər öhdəliklər təşkil edir. 
Bank sektorunun aktivlərinin genişlənməsi əsasən iqtisadi aktivliyin artımı fonunda öhdəliklərin stabil artım tempi ilə uyğunlaşmışdır. Bank sektorunun cəlb etdiyi resursların dinamikası iqtisadiyyatın şəffaflaşması prosesi ilə nağdsız əməliyyatların artımı nəticəsində hüquqi şəxslərin depozitlərinin artımı həmçinin, bank sisteminə inamın əsas göstəricisi hesab olunan fiziki şəxslərin depozitlərinin artımı ilə dəstəklənmişdir. Belə ki, il ərzində hüquqi şəxslərin depozitləri 24%, fiziki şəxslərin depozitləri isə 27% artmışdır.  / marja.az

Banklar     Tarix: 31 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler leobank kart avtomobil xeberleri bitcoin qiymeti birbank