Həyatın yaşam sığortasına yatırımlar 100 milyon manatdan çox artıb
Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 46,6% artıb.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 327,1 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 103,9 milyon manat artıb. Belə ki, 2021-ci ilin ilk yarısında həyat sığorta şirkətləri 223,1 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,1%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 85,2% təşkil etmişdi.
Bu ilin on ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 6% azalaraq 197,4 milyon manata düşüb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 210 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Green Card nədir və onu necə əldə etmək olar?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Cash Back nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız