Heydər Süleymanov: "PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir"

Heydər Süleymanov: ®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş müasir yanaşmaları bizneslərin inkişafını sürətləndirir. Hal-hazırda müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bankda "Customer first" təşəbbüslərinin həyata keçirilməsini nəzərə alaraq, biz KOS sektorunun inkişafına edilən töhfələr və sahibkarlara təmin etdiyi rəqabət üstünlüklərini "PAŞA Bank"ın KOS və KİB Rəqəmsal Məhsul üzrə aparıcı direktoru Heydər Süleymanovla müzakirə etdik.
Hörmətli Heydər bəy, bildiyimiz kimi, "PAŞA Bank"ın əsas diqqəti real sektora, xüsusilə də KOS seqmentinə yönəlib. Zəhmət olmasa, KOS müştərilərə göstərilən yanaşma və təqdim olunan əsas məhsullar haqqında oxucularımıza məlumat verərdiniz.
Sualınız üçün təşəkkür edirəm. Həyata keçirdiyimiz "CustomerFirst" təşəbbüsləri çərçivəsində hər bir müştəriyə hörmət və diqqətlə yanaşmaq, onların ehtiyaclarını anlamaq, müsbət təcrübə yaratmaq və ən əsası müştəri məmnuniyyətini artırmaq bizim başlıca məqsədlərimizdəndir. KOS seqmentində əsas niyyətimiz sahibkarlara maliyyə resurslarına daha sürətli və rahat çıxış imkanı yaratmaq, onların bizneslərini inkişaf etdirmələrinə və daha effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır.
Bu məqsədlə "PAŞA Bank" KOS müştərilərinə bir sıra innovativ rəqəmsal məhsullar təqdim edir, o cümlədən sürətli və avtomatlaşdırılmış rəqəmsal kredit məhsulu, POS kreditləri, faktorinq, biznes kartları və digər məhsullar. Həmçinin, bank korporativ müştərilərimizin tədarükçülərinə də maliyyə dəstəyi verən məhsullar və bizneslərin dövriyyə kapitalını idarə etməsinə kömək edən kredit alətləri təqdim edir.
2025-ci ilin "CustomerFirst" ili elan edilməsi "PAŞA Bank" müştəriləri üçün nə deməkdir? Bu yanaşma gündəlik bank fəaliyyətinizə necə təsir edir?
Bu, ilk növbədə, müştərilərlə münasibətlərin standart yanaşmadan strateji tərəfdaşlığa keçidi deməkdir. Artıq biz sadəcə ehtiyaclara cavab vermir, onları proaktiv şəkildə öncədən müəyyən edir və uyğun həllər hazırlayırıq. Bu yanaşma nəticəsində komandamızın daxili prosesləri təkmilləşib, qərarlarımız daha çevik və məlumat əsaslı olub, müştəriyə dəyər yaratmaq baxımından daha məqsədyönlü addımlar atırıq. Bu dəyişiklik konkret nəticələr verir – müştərilərimiz daha operativ cavablar alır, təklif etdiyimiz həllər isə onların real biznes hədəflərinə daha uyğun olur. Ən əsası isə bu yanaşma bizə müştəri ilə yalnız bu günü deyil, gələcəyi də birlikdə planlamaq imkanı yaradır.
Hal-hazırda "PAŞA Bank"ın ən çox tələb olunan məhsullarından biri onlayn biznes kreditidir. KOS müştəriləri arasında bu məhsula böyük maraq var. Bu kredit həlli bizneslərə hansı rəqabət üstünlükləri qazandırır?
Tamamilə doğrudur. Bizim təqdim etdiyimiz rəqəmsal kreditlər KOS-lara bir neçə mühüm rəqabət üstünlüyü verir. İlk üstünlük sürət və rahatlıqdır: ənənəvi kreditləşmədən fərqli olaraq, bizim rəqəmsal kredit həllərimiz sayəsində sahibkarlar banka gəlmədən, tam onlayn şəkildə müraciət edə bilər və qısa müddət ərzində cavab ala bilərlər. Bəzi məhsullar üzrə kreditin təsdiqi və vəsaitin hesablanması yalnız bir neçə dəqiqə ərzində baş verir.
Təchizat və distribütor şəbəkələrinin maliyyələşdirilməsi başqa bir üstünlükdür. Onlayn kreditlər həm də böyük təchizat zəncirlərində iştirak edən KOS-lar üçün üstün fürsətlər yaradır. Təchizat Zənciri Maliyyələşməsi (Supply Chain Finance) və Distribusiya Zənciri Maliyyələşməsi (Distributor Chain Finance) vasitəsilə sahibkarlar öz dövriyyə vəsaitlərini optimallaşdıra və nağd pul axınlarını effektiv idarə edə bilirlər. Təklif etdiyimiz həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir.
Bankın təqdim etdiyi onlayn kredit məhsulu ən çox hansı növ bizneslərə uyğundur və onlara hansı əsas faydaları təklif edir?
Təqdim edilən məhsul ilk növbədə pərakəndə və topdansatış ticarət sahəsində fəaliyyət göstərən bizneslər üçün nəzərdə tutulub. Bu bizneslərdə dövriyyə kapitalına yüksək tələbat mövcuddur və tez-tez mal dövriyyəsini artırmaq üçün əlavə maliyyə resurslarına ehtiyac duyulur. Məhsulun faydalarına gəlincə, onun sayəsində sürətli likvidlik əldə edərək stokları artırmaq və daha böyük sifarişlər qəbul etmək mümkündür. Distribusiya Zənciri Maliyyələşməsi ilə tədarükçülərlə daha əlverişli şərtlərlə işləmək və onlayn müraciət və avtomatik təsdiqlə operativ maliyyə dəstəyi əldə etmək asanlaşır.
Məhsul, həmçinin, istehsalat və sənaye müəssisələrinə yönəlikdir. İstehsalçılar xammal alışı və genişlənmə üçün maliyyə ehtiyacı duyurlar. Bu istiqamət üzrə məhsul xammal alışı üçün qısa müddətdə əlavə kapital əldə etmək, Təchizat Zənciri Maliyyələşməsi ilə daha sərfəli şərtlərlə təchizatçılarla əməkdaşlıq etmək və kreditin çevik geri ödəniş qrafiki sayəsində istehsal dövrlərini rahat planlaşdırmaq imkanı verir.
"PAŞA Bank" 2024-cü ildə nüfuzlu "Euromoney" nəşri tərəfindən KOS sektoruna verdiyi töhfələr sayəsində "Ən yaxşı KOS bankı" adına layiq görülüb. Bu kontekstdə soruşmaq istərdik ki, yerli bazarda rast olunduğu praktikadan fərqli olaraq, "PAŞA Bank" biznes krediti üçün müraciət edən sahibkarlardan çoxsaylı sənədlər və maliyyə hesabatları tələb etməyin qarşısını necə alır?
Bu mükafat bizim üçün böyük bir uğurdur və bu, KOS-ların inkişafına verdiyimiz dəstəyin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Sualınıza cavab olaraq vurğulamaq istərdim ki, əsas məqsədimiz KOS-ların maliyyə əlçatanlığını maksimum dərəcədə sadələşdirmək və onları ənənəvi bank prosedurlarının yaratdığı maneələrdən azad etməkdir. Bu səbəbdən onlayn biznes krediti müraciət prosesi zamanı mürəkkəb tələblər və çətin maliyyə hesabatlarına ehtiyac yoxdur. Sahibkarlara yalnız VÖEN məlumatları və dövriyyə üzrə minimum məlumatlar tələb olunur. Əksər hallarda, müştəri banka heç bir əlavə sənəd təqdim etmədən onlayn şəkildə kredit ala bilər.
Ənənəvi biznes kreditlərində olduğu kimi, mürəkkəb maliyyə balansları və ya mənfəət-zərər hesabatlarının təqdim edilməsi tələb olunmur. Kreditin təsdiqi üçün real dövriyyələr və hesab hərəkətləri əsas götürülür. Sahibkarların biznes fəaliyyəti "PAŞA Bank"ın daxili Big Data və süni intellekt əsaslı skorinq modeli ilə qiymətləndirilir. Bu model müştərinin bank dövriyyəsini, vergi ödənişlərini və digər iqtisadi göstəricilərini analiz edərək qərar qəbul edir, hətta bir çox hallarda zaminliyə və girova ehtiyac qalmır.
Həmişə olduğu kimi, "PAŞA Bank" 2025-ci ildə də KOS-ların inkişafını dəstəkləyən və onların maliyyə əlçatanlığını artıran həllər yaratmağa davam etməyi planlaşdırır. / banker.az

Banklar     Tarix: 21 may 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari