İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb

İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülübİcbari Sığorta Bürosu "Hüquqi Şəxslərin İttifaqı" (İSB) nüfuzlu "The BOLD Awards" beynəlxalq müsabiqəsinin qalibi olub. İSB-nin  innovasiya, texnologiya və rəqəmsal sənaye üzrə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilərək mükafatlara layiq görülüb.
Büronun yaydığı məlumatda bildirilir ki, İSB 2024-cü ilin oktyabrında "The BOLD Awards" beynəlxalq proqramında 3 kateqoriya üzrə müsabiqədə iştirak etmək üçün təşkilatçılara müraciət ünvanlayıb. 4 meyar (şəffaflıq, təsir dərəcəsi, əhatə dairəsi və insan faktoru) üzrə aparılmış qiymətləndirmə nəticəsində İSB-nin təqdim etdiyi layihələr hər 3 nominasiya üzrə finalçılar sırasına daxil edilib.
Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə münsiflərin qərarı və ictimai səsvermə əsasında İSB-nin İT layihələri "Boldest InsurTech"  və "Boldest SaaS" nominasiyaları üzrə birincilik qazanıb. 
Hər il keçirilən "The BOLD Awards" proqramında rəqəmsal sənayeyə əsaslanan 33 kateqoriya üzrə fərdi şəxslər, startaplar və şirkətlər iştirak edir. Kateqoriyalar süni intellekt, blokçeyn, robototexnika, səhiyyə texnologiyaları, sığorta texnologiyaları, metakainat, proqram təminatı xidməti (SaaS), kosmik texnologiyalar, təhsil texnologiyaları və digər sahələri əhatə edir. "The BOLD Awards" proqramı üzrə 2024-cü ilə qədər 5 müsabiqə təşkil olunub. Müsabiqələrdə iştirakçıların innovasiya və texnologiyaların inkişafına verdiyi töhfələr qiymətləndirilir. 
Qeyd edək ki, bununla da İSB  son 1 ildə beynəlxalq proqramlardan qazandığı mükafatların sayını 5-ə çatdırıb.
2024-cü ildə İSB Böyük Britaniyada keçirilmiş "Global Insurtech Awards" proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb. Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək  "Best Customer Engagement Software"  mükafatını qazanıb. "Best Embedded Insurance Provider" və "Insurtech of the Year"  mükafatları üzrə ikincilik isə İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək səmərəliliyi nəzərə alınaraq verilib.
İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb/ marja.az

Banklar     Tarix: 04 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya