"İcbari Sığorta Bürosu" HŞİ-nin Risk Komitəsinin Əsasnaməsi təsdiq edilib
"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqının (İSB) Himayəçilər Şurasının növbəti iclası keçirilib.
İSB-ən Marja-ya verilən məlumata görə, iclasda maliyyə və təşkilati məsələlər müzakirə edilib, İSB-nin Risk Komitəsi haqqında Əsasnaməsi təsdiqlənib.
Risk Komitəsinin yaradılmasının əsas məqsədi risklərin operativ və dəqiq qiymətləndirilməsini təmin etmək, bu risklərə uyğun zəruri qərarların qəbulu üçün əsaslar yaratmaqdır. Komitə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə nəzarət edir, eyni zamanda strategiya və siyasətlərin formalaşdırılmasını təmin edərək risklərin effektiv idarə olunmasına cavabdehlik daşıyır.
İclasda Risk Komitəsinin tərkibi də formalaşdırılıb. Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Məhəmməd Məhərəmli komitənin sədri, Famil Əliyev ("Qala Sığorta" ASC) və Araz Məmmədov ("Paşa Sığorta" ASC) komitənin üzvləri seçiliblər. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?