İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verilib

İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verilib"İcbari Sığorta Bürosu" (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq İSB-nin internet səhifəsi - www.isb.az  təkmilləşdirilmiş formada və yeni dizaynda istifadəyə verilib.  
Büronun yaydığı məlumatda bildirilir ki, saytın yenilənməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.  
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yenilənmiş veb səhifə müasir dizayn və təkmilləşdirilmiş struktur əsasında hazırlanıb, istifadəni asanlaşdıran yeni texniki imkanlarla zənginləşdirilib. Saytda naviqasiya sistemi daha sadə formaya salınıb, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. 
Yeni versiyada vətəndaşlar, sığorta şirkətləri və digər maraqlı tərəflər üçün vacib məlumatlar sistemləşdirilib, icbari sığorta növləri, sığorta hadisələri zamanı atılacaq addımlar və prosedur qaydaları, tpl.az platforması, Yaşıl Kart sistemi barədə məlumatlar təqdim olunur. Saytda sığorta növləri üzrə statistik məlumatlar da yerləşdirilib və mütəmadi olaraq yenilənir.
İSB-nin informasiya sistemində "Şəxsi kabinet"in dizaynı yenilənib, funksionallığı daha da artırılıb. Saytda 4 yeni elektron xidmət istifadəyə verilib. İstifadəçilər bonus-malus əmsalı, sığorta tarixçəsi, radar cərimələri, sığorta hadisəsi üzrə müstəqil ekspertin təyin olunması və digər məsələlərlə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər. 
Sığorta müqavilələrinin yoxlanılması üçün istifadə olunan yoxla.isb.az, services.isb.az və  greencard.isb.az  linkləri yeni saytın strukturuna uyğunlaşdırılıb. Artıq bu linklər vasitəsilə istifadəçilər sığorta müqavilələrinin statusunu yenilənmiş interfeys üzərindən rahat şəkildə yoxlaya bilirlər.
Əlilliyi olan şəxslərin internet informasiya resursundan istifadəsini təmin etmək məqsədilə sayta "Müyəssərlik menyüsü" da əlavə edilib. Menyü vasitəsilə şrift ölçüsünün tənzimlənməsi, kontrast rejimlərinin tətbiqi, məzmunun böyüdülməsi, klaviatura ilə naviqasiya və animasiyalı elementlərin deaktiv edilməsi mümkündür.
İSB-nin fəaliyyəti, sığorta sektorunda baş verən yeniliklər və nailiyyətlər, qanunvericilikdə dəyişikliklər, maarifləndirici tədbirlər, tez-tez verilən suallar  və digər aktual məlumatlar sayt vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırılır. / marja.az

Banklar     Tarix: 22 yanvar 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya