İKZF borclanmanı azaldır, ipoteka kreditlərinin artım tempi zəifləyir

İKZF borclanmanı azaldır, ipoteka kreditlərinin artım tempi zəifləyir2026-cı il aprelin 1-də Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 50 milyon manat həcmində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla yekunlaşıb.
Banker.az BFB-yə istinadən xəbər verir ki, bu buraxılış Fondun ipoteka maliyyələşdirmə strategiyasının davamı kimi qiymətləndirilir.
Hərracın nəticələrinə əsasən, nominal dəyəri hər biri 1 000 manat olan ümumilikdə 50 000 ədəd istiqraz tam həcmdə yerləşdirilib. İstiqrazların illik gəlirlilik faizi 3.25% səviyyəsində müəyyən edilib və yerləşdirmə qiyməti nominala bərabər olub. Buraxılan istiqrazı yalnız yalnız 1 investor tərəfindən əldə edilib.
İstiqrazların tədavül müddəti 7200 gün (təxminən 20 il) təşkil edir. Faiz ödənişləri hər 180 gündən bir həyata keçiriləcək. Eyni zamanda, əsas borcun qaytarılması da mərhələli şəkildə – hər 6 ayda bir ümumi buraxılışın 2.5%-i həcmində (1.25 milyon manat) aparılacaq. Bu isə investorlar üçün sabit pul axını təmin edən uzunmüddətli alət deməkdir. Buraxılışın anderrayteri "İnvest-Az İnvestisiya Şirkəti" QSC olub.
FOND BORCLANMANI AZALDIR
Fond ipoteka istiqrazlarını əsasən əhalinin yaşayış sahələri ilə təminatını yaxşılaşdırmaq və satmaq öhdəliyi ilə kirayə mexanizminin maliyyələşdirilməsi üçün ayırır. Bu ümumi maliyyə gələrinin mühüm hissəsidir. Lakin 2025-ci ilin təkcə yanvarında Fond ipoteka istiqrazlarından 150 mln. manat vəsait cəlb etmişdi. 2026-cı ildə İKZF istiqrazla borc cəlbində həvəsli görünmür. Ən azından builki üç ay ərzində cəmi 50 mln. manat istiqraz buraxıb.
Bununla belə bir fakt da var ki, 2026-cı ilin dövlət büdcəsindən ipoteka və sahibkarlığın dəstəklənməsi üçün 100 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu 2025-ci ildəki həcmdən 18%-ə yaxın çoxdur.
Xatırladaq ki, dövlət büdcəsindən İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış vəsait 2025-ci ilin ilk 11 ayında 85 mln. manat olub ki, bu da bir il əvvəllə müqayisədə 3.1% azdır. Fondun yerləşdirdiyi istiqrazların həcmi isə əvvəlki illə eyni olaraq 550 mln. manat səviyyəsində qalıb.
İKZF-in ipoteka kreditləri üzrə mənbələrini "daraltması" bu bazardakı inkişaf dinamikasına da təsirsiz qalmayıb. Məsələn, keçən il minimum aylıq ümumi ipoteka kreditləri artım tempi 0.3% üzərində olduğu halda cari ilin yanvarında 0.06%-ə düşüb. Adətən bu bazarda fevral və mart ayları gözlənilsə də, öncəki ildəki minimal 0.18%-dən aşağıdır. 1 fevral tarixinə 4 mlrd. 605.3 mln. manat daşınmaz əmlak və ya ipoteka krediti portfeli olub.
Azərbaycanda ipoteka kreditləri üzrə orta faiz dərəcələri 2020-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çataraq 6.37-6.39% olub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ipoteka faizləri 2020-ci ilə qədər təxminən 7% səviyyəsində olsa da, 2022-ci ilin yayına qədər azalaraq 6.31%-ə enmişdi. Banklar daxili ipoteka kreditləri üzrə faizləri əvvəlki ildən bir qədər yuxarı təklif edirlər. 2022–2023-cü illərdə ipoteka kreditlərinin həcmi artsa da, son dövrdə Mərkəzi Bankın sərt monetar siyasəti, o cümlədən uçot dərəcəsi və məcburi ehtiyat normaları üzrə sərtləşmə faizlərin yenidən yüksəlməsinə səbəb olub.
İKZF borclanmanı azaldır, ipoteka kreditlərinin artım tempi zəifləyir

Banklar     Tarix: 01 aprel 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler rubl mezenne leobank kart iqtisadiyyat xeberleri internetden pul qazanmaq