"İmtahansız qəbulla bağlı qondarma təhsil şirkətləri meydana çıxıb, yalan vədlər verirlər"

Hazırda Türkiyə xarici tələbələrin sayına görə dünyada ilk onluqda qərarlaşıb. Qardaş ölkənin universitetlərinə üstünlük verən əcnəbi gənclərin sayı da get-gedə artaraq 200 mini keçib. Bəs, Türkiyədə təhsil nəyə görə belə cəlbedicidir? Qazi Universitetinin doktorantı, araşdırmaçı Şəhla Aslan ilə söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. 
– Şəhla xanım, sizcə, qardaş ölkə­nin təhsil uğurları nə ilə əlaqədardır?
– Müxtəlif səbəblər var: Türkiyə­nin regionun lider dövlətinə çevrilməsi, dünya reytinqlərində öncüllüyü, əlverişli coğrafi şəraiti, digər dövlətlərlə səmərə­li əlaqələri, təhsilin keyfiyyəti, təqaüd proqramları və s. qardaş ölkədə təhsilə marağı artırıb. Bu amillər fonunda son illərdə həm bakalavr və magistratura, həm də doktorantura təhsili almaq üçün Türkiyəyə üz tutanlar çoxalıb. 
Xarici tələbələrin arasında azərbaycanlılar çoxluq təşkil edir. 2022–2023-cü tədris ili üzrə rəqəmlərə nəzər salsaq görərik ki, müxtəlif ali təhsil müəssisələrində 30 minə yaxın Azərbaycan vətəndaşı müxtəlif istiqamətlər üzrə təhsil alır.
İki ölkə arasındakı dil yaxınlığı və milli-mənəvi dəyərlərin ortaqlığı, viza tələbinin olmaması, təqaüd imkanları, yaşayış xərclərinin əlçatanlığı, sığor­ta sistemi hər il minlərlə azərbaycanlı gəncin Türkiyə universitetlərini seçməsi­ni şərtləndirir. Digər tərəfdən, məsafə yaxındır, təhsil haqqının məbləği digər ölkələrə nisbətdə daha aşağıdır. Yüksək səviyyədə savadlı və peşəkar pedaqoq­ların tədris və təlimi müasir texnologiya və avadanlıqlar vasitəsilə aparması, in­kişaf etmiş infrastruktur da önəmli amil­lərdir. 
Onu da deyim ki, Türkiyə tələbələrə xüsusi münasibəti ilə seçilir. Universitet kampuslarında fasiləsiz internet xidmə­ti, zəngin kitabxanalar, yeməkxanalar­da xüsusi menyular, ictimai nəqliyyat­da, alış-verişdə tələbə endirimləri də cəlbedicidir. Tələbələrə müxtəlif təcrü­bə proqramları təklif edilir. Onlar təhsil müddətində müxtəlif özəl və dövlət qu­rumlarında təcrübə keçib, iş həyatına hazırlanırlar. Bütün bu sadaladıqlarım xarici tələbələri Türkiyə universitetlərin­də təhsilə sövq edən ciddi üstünlüklər­dir. 
– Qardaş ölkədə universitetlərə qəbul necədir? 
– Türkiyə universitetləri dövlət və özəl olmaqla təsnifatlanır. Ali təhsilin il­kin pilləsi olan bakalavr dərəcəsi ixtisas­larına qəbul edilmək üçün YÖS, DİM və SAT imtahan nəticələrindən heç olmasa biri vacibdir. Lakin bununla yanaşı, heç bir imtahanda iştirak etmədən və yalnız təkcə orta məktəb attestatı ilə də bir çox dövlət və ya özəl universitetə daxil olmaq mümkündür. Amma yüksək rey­tinqli universitetlər bu yolla tələbə qəbul etmirlər.
Adını çəkdiyim YÖS mərkəzləşdiril­miş sistem deyil, əsasən, universitetlərin daxilində keçirilən bir imtahandır. YÖS imtahanında iştirak etmək istəyən abitu­riyentlər birbaşa üz tutacağı universitet­lə əlaqə saxlayıb qeydiyyatdan keçərək, əsas binada və ya seçilmiş mərkəzdə imtahana qatıla bilərlər. DİM – Azərbay­can Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanı nəticəsi ilə də Türkiyənin dövlət və ya özəl universitetlərində qə­bulu ehtiva edir. SAT isə o deməkdir ki, bu sistem üzrə imtahanların nəticələri, demək olar ki, bütün universitetlər tərə­findən tanınır. 
Magistratura və doktorantura üzrə qəbul şərtləri universitetlərin müvafiq institutlarına görə dəyişir. Bakalavr pillə­si üzrə məzunlar üçün akademik göstə­ricilər və dil bilgisinə dair beynəlxalq ser­tifikatlar əsas rol oynayır.
– Dövlət səviyyəsində tələbə mübadiləsi nə yerdədir? 
– Tələbələrə Erasmus, Mevlana, İkili diplom proqramları üzrə xaricdə təhsil almaq, müxtəlif ölkələrdə təcrübə keç­mək kimi imkanlar təklif edilir. Müxtəlif müəssisələr "Tələbə təcrübə proqramla­rı" çərçivəsində də yer dəyişimi həyata keçirirlər. Bu proqramlar təhsil, yemək və yaşayış xərclərinin tam ödənilməsini təmin edir. Proqramlar vəsiləsilə tələ­bələr təhsillərini bir semestri oxuduqları universitetin partnyor olduğu hər hansı xarici ölkənin universitetində davam et­dirə bilirlər. Bunlar tələbələr üçün olduq­ca əhəmiyyətli fürsətlərdir.
Yeri gəlmişkən, xaricdə təcrübə proqramında iştirak etmək tələbəyə istər iş həyatında, istərsə də şəxsi inkişaf yo­lunda çox sayda üstünlüklər gətirir. Bey­nəlxalq təhsil mühitində iştirakçı olmaq, istənilən iş müraciəti zamanı digər na­mizədlərdən fərqlənmək deməkdir. Eyni zamada, bu təcrübə imkanından yarar­lanmaq və mədəniyyətlərarası ünsiyyət bacarıqları qazanmaq, gedilən ölkənin dilini və yaşam tərzini daha yaxşı mə­nimsəmək produktivliyi yüksəltmiş olur. Tələbələr təhsil müddətində fürsətlər­dən yaxşı faydalanmalıdırlar.
– İmtahansız qəbul barədə nə deyə bilərsiniz? Bununla bağlı bəzi neqativlərin olması gizli deyil... 
– Azərbaycanda attestatla, yəni, imtahansız qəbulla bağlı müəyyən say­da qondarma şirkətlər meydana çıxıb. Bunların çoxu müştəri cəlbi üçün yanlış, etibarsız məlumatlar verirlər. Abituri­yenlər üçün yüksək ödəniş qarşılığında universitetlərdən "qəbul alan" həmin təhsil şirkətləri çox da inanılası deyillər. Haradansa attestatla "qəbul alıb" Tür­kiyəyə oxumağa gələn tələbələr ciddi problemlərlə üz-üzə qalırlar. Şirkətlərin heç də hamısı doğru məlumat vermir və etibardan sui-istifadə edir, yalan vədlərlə inamı sarsıdırlar. 
Şirkət tərəfindən söylənilənlərlə real şərtlər çox zaman tərs-mütənasib olur. Nəticədə isə tələbə dərslərə başlaya bil­mir, arada vaxt da gedir, şirkətə ödənilən pul da batır. Texnologiyanın geniş inki­şaf etdiyi hazırkı dövrdə universitetlər haqqında məlumat almaq, təhsil üçün müraciət etmək olduqca əlçatandır. Yax­şı olar ki, müraciətləri tələbələr özləri et­sinlər. Rəsmi yolla, ciddi universitetlərdə təhsil alıb, uğurlu məzun olmaq lazımdır ki, sonra diplomların Azərbaycanda ta­nınması məsələsində də problem yaşa­mayasan. 
Türkiyədə təhsil almağı düşünən tələbələr öncəliklə, büdcələrini dəqiq tə­yin etməli və oxumaq istədikləri universi­teti, coğrafi şəraiti dəqiq araşdırmalıdır­lar. Doğru universitet seçimi təhsil almaq üçün ən vacib qərardır. Universitetin reytinq göstəriciləri, yəni, beynəlxalq ta­nınma dərəcəsi və s. 
– Türkiyədə təhsil haqları necə­dir? 
– Təhsil haqları universitetlərə və fa­kültələrə görə müxtəlifdir. Özəl və dövlət universitetlərində həmin rəqəmlər nis­bətində fərqlər var. Məsələn, bizim Qazi Universitetində ödəniş keçən il təhsil fakültəsində illik 350–400, mühəndislik fakültəsində 470–500, tibb fakültəsində isə 6 min manat civarında olub.
Yeri gəlmişkən onu da deyim ki, bu il Türkiyədə bütün universitetlərdə təhsil haqqının ikiqat artması gözlənilir. Bə­ziləri artıq yeni məbləğləri açıqlayıblar. 
– Diplomu tanınan və tanınmayan universitetləri necə ayırd etmək olar? 
– Bununla bağlı konkret bir siyahı yoxdur. Lakin Azərbaycan dövlətinin rəsmi qaydaları, müvafiq şərtləri möv­cuddur. Təhsil müddətində həmin şərt­ləri yerinə yetirib, uğurla məzun olmuş tələbələrin aldığı diplomların Azərbay­canda rəsmi tanınmasında problem ya­şanmır. Distant təhsil forması ilə məzun olan tələbələrin diplomları isə tanınmır.
– Şəhla xanım, dövlət səviyyəsində tələbə mübadiləsi necə aparılır? 
– Dediyim kimi, tələbələrə Erasmus, Mevlana, İkili diplom proqramları üzrə xaricdə təhsil almaq, müxtəlif ölkələrdə təcrübə keçmək kimi imkanlar təklif edi­lir. Ayrıca, müxtəlif müəssisələr "Tələ­bə təcrübə proqramları" çərçivəsində də tələbə yerdəyişimi həyata keçirirlər. Bunlar olduqca əhəmiyyətli fürsətlərdir. 
Xaricdə təcrübə proqramında iştirak etmək tələbəyə istər iş həyatında, istər­sə də şəxsi inkişaf yolunda saysız üstün­lüklər gətirir. Beynəlxalq təhsil mühitində iştirak iş üçün müraciət zamanı digər na­mizədlərdən fərqlənmək deməkdir. Eyni zamanda, bu, təcrübədən yararlanmaq və mədəniyyətlərarası ünsiyyət bacarıq­ları qazanmaq, başqa ölkənin dilini və yaşam tərzini daha yaxşı mənimsəmək imkanıdır. Tələbələr təhsil müddətində belə fürsətlərdən yaxşı faydalanmalıdır­lar.
– Tələbələr, əsasən, harada, hansı şərtlərlə qalırlar?
– Türkiyənin bütün şəhərlərində tələbələr üçün yaxşı şəraitli, təmiz özəl və dövlət yataqxanaları mövcuddur. Yeməkxana, geniş oxu və idman zalları var. Tələbələr öz seçimi əsasında büd­cəsinə görə tək və ya bir neçə nəfərlik otaqlarda yerləşdirilir. Hər kəs burada məxsusi qayda-qanuna riayət etməlidir. Giriş-çıxış saatlarına nəzarət var. Tələ­bə icazə almadan gecə saatlarında ya­taqxanaya dönürsə, valideyninə bildiriş gedir. Təbii ki, bakalavr tələbələri üçün belə nəzarət zəruridir. 
Ayrıca, kirayə evdə qalmağı seçən tələbələr də az deyil. Bunlar daha çox magistrlər və doktorantlar olurlar. Onlar daha çox sərbəst yaşamağa üstünlük verirlər. Yeri gəlmişkən, əvvəlki illərdə Türkiyədə ev sahibləri daha çox uzun müddət yaşayacaq və ya ailəli adamla­ra ev verməyə həvəsli idilərsə, hazırda durum dəyişib. Ev sahibləri daha çox tələbələrə, xüsusilə sonuncu kurslarda oxuyanlara otaq verməkdə maraqlı­dırlar. Çünki tələbə təhsilini bitirib ge­dəcək, ev sahibi də evi yeni (yüksək) qiymətlə başqasına kirayəyə verəcək. Kirayə qiymətləri isə getdikcə bahalaşır. Qalma şərtləri ev sahiblərinə görə dəyi­şir. Məsələn, bəzi ev sahibləri Türkiyə vətəndaşı olan kiminsə zamin durma­sını istəyir. Bəziləri də 1–2 aylıq kirayə haqqını öncədən depozit olaraq istəyir­lər və s.
-Müsahibəyə görə, təşəkkür edirik.
© "Xalq qəzeti" Əli NƏCƏFXANLI / marja.az

Maraqlı     Tarix: 16 avqust 2023

Oxşar xəbərlər

Çin beyinlə kompüter arasında əlaqə yaradan dünyanın ilk invaziv çipini təsdiqləyib — bundan sonra nə olacaq?

Ölkə beyin implantları sahəsində dünya liderinə çevrilməyə çalışır. Güclü dövlət dəstəyinin bu prosesi sürətləndirəcəyi gözlənilir. Ötən ilin oktyabrında bir gün Çinin Henan əyalətindəki evinin həyətində oturan Dun Huey nəs

Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb

2025-ci ildə dövlət büdcəsindən Qarabağ Universitetinə 17 milyon manat məbləğində vəsait ayrılıb. Bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir. Sənəd Milli Məclisin İqtisad

Görüləcək işlər borc deyil, töhfədir: işlərin öhdəsindən gəlməyin zərif yolu

Görüləcək işlər siyahısı seçim edə biləcəyiniz menyudur, davranış elmləri üzrə mütəxəssis Denni Kenni deyir. Bazar günü axşamdır. Qarşıdakı həftə üçün görüləcək işlər siyahıma baxıram və tanış ağırlıq hissi sinəmə çökür

İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə "Global MBA" proqramına qəbul elan edir

() Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin "Global MBA" proqramına qəbul elan edilir. Proqrama qəbu

İspaniya Cənubi Koreyanı geridə qoydu — özü də süni intellektə böyük mərc etmədən

2010-cu illərin ağır borc böhranından sonra Cənubi Avropada iqtisadi yüksəliş artıq açıq fakta çevrilib. Lakin İspaniya yeni rekordlar müəyyənləşdirməyə davam edir. Bu yaxınlarda ölkənin illik ümumi daxili məhsulu Cənub

Çinin iştirakı olmadan robot hazırlamaq niyə demək olar mümkün deyil?

Çində elektromobil sənayesinin inkişafı robototexnika üçün komponentlərin istehsalına güclü təkan verib. Bu gün Çin şirkətləri robotları digər bazar iştirakçılarının hələ təmin edə bilmədiyi miqyasda və qiymətlərlə istehsa

Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını böyük qürur və sevinc hissi ilə təntənəli mərasimdə yola salıb

() Bu il Kanada Azərbaycan Məktəbinin məzunları Ontario Secondary School Diploma (OSSD) proqramını 95 faizdən yuxarı akademik göstərici ilə uğurla başa vuraraq beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə ediblər. Onlar Böyü

Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"

Son 5 il ərzində ölkədə gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsind

Anthropic-in aparıcı mühəndisi: Süni intellekt agentlərindən istifadə tənhalığa gətirib çıxarır

Anthropic-də mühəndislik şöbəsinin rəhbəri Fiona Funq bildirib ki, mühəndislər süni intellekt agentlərinə nə qədər çox güvənməyə başlayıblarsa, iş prosesində bir-birindən bir o qədər uzaqlaşıblar. "Claude Code komandasınd


iqtisadi xeberler biznes qurmaq en son xeberler internetden pul qazanmaq bitcoin