Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı bildirir ki, xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisinə daxil olarkən nəqliyyat vasitələrinin sahibləri "Yaşıl Kart" beynəlxalq sığorta müqaviləsi təqdim etmədikdə həmin nəqliyyat vasitəsi üçün sərhəd sığorta müqaviləsi bağlanmalıdır.
Hazırda bu müqavilələr sərhəd-keçid məntəqələrində sığorta şirkətlərinin əməkdaşları tərəfindən yerində rəsmiləşdirilir. 01 oktyabr 2025-ci il tarixindən etibarən sərhəd-keçid məntəqələrində sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq. Müqavilələr yalnız əvvəlcədən – "www.tpl.az" onlayn platforması vasitəsilə və ya ölkə ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinə müraciət etməklə bağlanacaq.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
İSB tərəfindən istifadəyə verilmiş www.tpl.az platforması vasitəsilə xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahibləri və sürücüləri ölkəyə daxil olmazdan əvvəl sərhəd sığorta müqaviləsini onlayn şəkildə rəsmiləşdirə bilərlər. Platformanın istifadəçiləri ilkin olaraq sığorta şirkətini seçir, daha sonra zəruri məlumatları daxil etməklə ödənişi onlayn qaydada həyata keçirirlər. Ödəniş təsdiqləndikdən sonra sığorta şəhadətnaməsi elektron qaydada tərtib olunaraq qüvvəyə minir.
Platforma sərhəd-keçid məntəqələrində növbələrin və gecikmələrin qarşısını almaqla yanaşı, xidmətin daha sürətli və rahat göstərilməsinə imkan yaradır. / marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?