İndi Unibankın bütün bankomatları təmassız (NFC) texnologiyanı dəstəkləyir

İndi Unibankın bütün bankomatları təmassız (NFC) texnologiyanı dəstəkləyir(®) İndi Unibank bankomatlarında Unibank kartlarınızdan nağdlaşdırma etmək və ya karta mədaxil üçün kartı UTM-ə daxil etməyə ehtiyac yoxdur. Bütün UTM-lərə (bankomatlara) NFC texnologiyası quraşdırıldığından,  karta mədaxil və yaxud pul nağdlaşdırmaq üçün kartınızı bankomatın üzərindəki təmassız ödəniş bölümünə yaxınlaşdırmaq kifayətdir. Çox rahat və vaxtınıza qənaət etdirən NFC texnologiyası, kartınızı bankomatda qalmaq riskindən də qoruyur. Əgər telefonunuzda Apple Pay və Google Pay varsa, kartınız üzərinizdə olmasa belə, Unibank bankomatlarından nağdlaşdırma edə bilərsiniz.
UTM-lərdə NFC texnologiyasının tətbiqi Unibank müştərisinə hansı üstünlükləri verir:
-Kartı bankomata daxil etməyə ehtiyac qalmır;
-Bu texnologiyanın köməyi ilə mədaxil-məxaric əməliyyatları daha qısa müddətə həyata keçir;
-Kart olmadan belə, telefonunuz vasitəsi ilə (Apple Pay və Google Pay varsa) bankomatdan nağdlaşdırma edə bilirsiniz.
Unibank bankomat sayına görə ölkə bankları siyahısında ilk üçlüyə daxildir. Hazırda bankın paytaxt və bölgələri əhatə edən bankomatlarının sayı 140-a yaxındır və hamısı NFC texnologiyalıdır. Bununla da, Unibank ölkə bankları içərisində bütün bankomatlarında NFC quraşdırılmış böyük şəbəkəyə sahib olub.
Qeyd edək ki, "Sənin Bankın" konsepsiyası çərçivəsində xeyli vaxtdır ki, Unibank ATM-ləri çoxfunksiyalı UTM-lərə çevrilib.  UTM-lər ənənəvi bankomatlardan fərqli olaraq, təkcə mədaxil-məxaric imkanları ilə məhdudlaşmır. Toplu mədaxilin mümkünlüyü ilə seçilən UTM-lər,  UCard sahibləri üçün həm də bir sıra bank funksiyalarını da həyata keçirir. İlin sonunadək UTM sayının bir qədər də artırılması nəzərdə tutulur. / marja.az

Banklar     Tarix: 25 iyun 2023

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler 1000 manatla biznes depozit faizleri dollar məzənnəsi dollarin kursu bu gun