İndiyə qədər lisenziyasını itiriən kredit ittifaqları – 9-un AMB, 43-ün isə Palata ləğv edib

İndiyə qədər lisenziyasını itiriən kredit ittifaqları – 9-un AMB, 43-ün isə Palata ləğv edibBu gün Azərbaycan Mərkəzi Bankı növbəti kredit ittifaqının adını "lisenziya alanların" siyahısından çıxartdı və beləliklə, 2022-ci ilin ilk 10 ayı ərzində dördünü lisenziyadan məhrum etməli oldu.
Ölkə ərazisində baş tutan iki ardıcıl devalvasiyadan sonra 52 kredit ittifaqının lisenziyası ləğv edilmiş oldu və hazırda bazarda cəmi 40 kredit ittifaqı qalıb.
Bununla bağlı tam siyahı Banker.az-da yerləşdirilib.
Son illərdə kredit ittifaqlarının ləğvi ya könüllü, yada tənzimləyici tərəfindən onların fəaliyyətindəki nöqsanlar əsas gətirlərək lisenziyaları ləğv edilib. İki ay öncə Azərbaycan Mərkəzi Bankının şərh olaraq demişdi ki, Azərbaycanda kredit ittifaqlarının sayının azalması ilk növbədə onların tənzimləyicinin müəyyən etdiyi qaydaların tələblərinə riayət etməməsi ilə bağlıdır.
Kredit ittifaqları bazarı böyüyə bilmir, kredit bazarında mövqeyini gücləndirə bilmir, üstəlik cari ildə bank və BOKT-lardan fərqli olaraq zərərdən çıxa bilmirlər. 2022-ci ilin 1 iyul tarixinə onların cəmi aktivlərinin həcmi 14.6 milyon manata düşüb. Bu da illik müqayisədə 1.3 faiz azalmadır.
Mərkəzi Bankı rəqabətlə bağlı açıqlamasında demişdi ki, kredit ittifaqları və BOKT-lar illərdir ki, banklar kimi bazarda aktivlik göstərə bilmirlər, ümumi kreditləşmədə payları kiçilməkdədir.
Azərbaycan Prezidenti 2019-cu ildən Maliyyə Bazarlarına Nəzarət Palatasının mandatını Mərkəzi Banka təhvil verdikdən sonra tənzimləyici kimi yeddi kredit ittifaqının lisenziyasını ləğv edib, lakin burada müsbət məqam odur ki, bu illər ərzində ikisinə lisenziya təqdim edib.
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.
Bu mandat MBNP-yə 2016-cı ilin əvvəlindən AMB-dən alınaraq ötürülmüşdü. Həmin dövrdə palata bank və sığortalar kimi kredit ittifaqlarının da sayını yarıya endirdi. 2016-2019-cu illərin hər birində 6-10 arası kredit ittifaqının bazarda iştirakını məhdudlaşdırmaqla bağlı qərar verdi və beləliklə, 43 kredit ittifaq lisenziyasını itirmiş oldu.
Bəs tənzimləyici kredit ittifaqını nə zaman ləğv edir?
Tənzimləyici lisenziyanı aşağıdakı hallarda ləğv edir:
Kredit ittifaqının müraciəti ilə;
lisenziya alınması üçün təqdim olunmuş məlumatların yanlış olduğu aşkar edildikdə;
Kredit ittifaqı lisenziyanı aldığı gündən başlayaraq bir il müddətində bank fəaliyyətini həyata keçirmədikdə, yaxud bank fəaliyyətini bir il müddətinə dayandırıldığı müəyyən edildikdə;
Kredit ittifaqı tərəfindən hesabatlar iki hesabat tarixinə tənzimləyiciyə təqdim olunmadıqda və ya illik kənar audit keçirilmədikdə;
Kredit ittifaqının təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsi müəyyənləşdirildikdə;
Kredit ittifaqının üzvlərinin sayı azaldığı halda 3 ay ərzində onların sayı 11-ə çatdırılmadıqda;
Kredit ittifaqının nizamnamə kapitalının məbləği Palata tərəfindən müəyyən edilmiş minimum məbləğdən az olduqda;
Kredit ittifaqı "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və tənzimləyicinin normativ xarakterli aktları ilə müəyyən edilmiş prudensial normativ və tələbləri (nizamnamə kapitalının minimum məbləğinə dair tələb istisna olmaqla) və ya "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə tənzimləyicinin göstərişlərinə əməl etmədikdə;
məhkəmənin müvafiq qərarı olduqda;
Kredit ittifaqı ləğv edildikdə.
Lisenziyası ləğv edilmişlər:
Azərbaycan Mərkəzi Bank tərəfindən
14/10/2022: "Yüksəliş" Kredit İttifaqı
28/03/2022: "Nuranə  Kredit İttifaqı
28/03/2022: "Mikro Maliyyə" Kredit İttifaqı
03/02/2022: "Ziya" Kredit İttifaqı
20/05/2020: "Optimal Kredit" İttifaqı
06/03/2020: "Böyük İsti Su" Kredit İttifaqı
06/03/2020: "Əlif" Kredit İttifaqı
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən
17/10/2019: "Azad Kapital" Kredit İttifaqı
17/10/2019: "Sarı Bulaq" Kredit İttifaqı
12/07/2019: "ARAN-2011" Kredit İttifaqı
12/07/2019: "Mikroinvest" Kredit İttifaqı
01/05/2019: "Aran" Kredit İttifaqı
01/05/2019: "Real Aqroresurs" Kredit İttifaqı
18/04/2019: "Kömək" Kredit İttifaqı
05/03/2019: "Aqrointer" Kredit İttifaqı
05/03/2019: "Aqroinvest" Kredit İttifaqı
08/02/2019: "Fim-Finans" Kredit İttifaqı
08/02/2019: "Firavan" Kredit İttifaqı
08/02/2019: "Şans" Kredit İttifaqı
24/01/2019: "Küngüt" Kredit İttifaqı
24/01/2019: "Qoşabulaq" Kredit İttifaqı
24/01/2019: "Küngüt" Kredit İttifaqı
24/01/2019: "Vəndam" Kredit İttifaqı
03/12/2018: "Cavid" Kredit İttifaqı
03/12/2018: "Fermer-Marketinq" Kredit İttifaqı
03/12/2018: "Göyçə" Kredit İttifaqı
03/12/2018: "Ekonom" Kredit İttifaqı
03/12/2018: "M.F." Kredit İttifaqı
03/12/2018: "Mirqasım" Kredit İttifaqı
03/12/2018: "Şahsevən" Kredit İttifaqı
03/12/2018: "Nicat" Kredit İttifaqı
03/12/2018: "Üç qardaş" Kredit İttifaqı
22/05/2018: "AMB" Kredit İttifaqı
22/05/2018: "Qala" Kredit İttifaqı
22/05/2018: "Əlinəzərli" Kredit İttifaqı
22/05/2018: "İlkin" Kredit İttifaqı
22/05/2018: "Mey" Kredit İttifaqı
22/05/2018: "Murad" Kredit İttifaqı
06/01/2017: "Arzu" Kredit İttifaqı
06/01/2017: "Azəriinvest" Kredit İttifaqı
06/01/2017: "Cənub" Kredit İttifaqı
06/01/2017: "Ceyhun" Kredit İttifaqı
06/01/2017: "Compass" Kredit İttifaqı
06/01/2017: "F.A.S." Kredit İttifaqı
06/01/2017: "Həkəri" Kredit İttifaqı
06/01/2017: "Kredo-İnvest" Kredit İttifaqı
06/01/2017: "Real" Kredit İttifaqı
06/01/2017: "Tərəkəmə" Kredit İttifaqı
06/01/2017: "Tural Kredit İttifaqı
06/01/2017: "Yardımlı Kredit İttifaqı
Azərbaycan Mərkəzi Bankı tərəfinfən
09/02/2015: "East Kredo" Kredit İttifaqı
09/02/2015: "Xəzər Finans" Kredit İttifaqı

Banklar     Tarix: 14 oktyabr 2022

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit


iqtisadi xeberler kripto dollar mezenne biznes qurmaq en son xeberler