ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Azərbaycan Mərkəzi Bankının gələn çərşənbə günü keçiriləcək növbəti iclasında uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayacağı gözlənilir.
Niderlandın ING bank qrupunun analitik icmalında bildirilib ki, Azərbaycanın Mərkəzi Bankının qarşıdakı iclasında uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması ehtimal olunur.
"Azərbaycanda cari inflyasiya 5,6–5,8 faiz səviyyəsində sabit qalır ki, bu da 4% ± 2% hədəf diapazonu daxilindədir", – deyə ING-nin məlumatında qeyd olunub.
Bununla yanaşı, bank analitiklərinin fikrincə, dünyada və regionda inflyasiya və faiz dərəcələrinin artması fonunda AMB-nin şərhləri inflyasiya risklərinə daha çox yönələ bilər. ING həmçinin tənzimləyici qurum tərəfindən gələcək pul-kredit siyasəti ilə bağlı daha sərt siqnalların verilməsi ehtimalını istisna etmir.
Xatırladaq ki, 31 iyul 2026-cı il tarixində Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb.
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişdirilməyib. Belə ki, uçot dərəcəsi 6,5 faiz səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində müəyyən edilib.
AMB-nin məlumatına görə, faiz dəhlizinin parametrləri ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, həmçinin daxili maliyyə bazarında baş verən proseslər nəzərə alınıb. Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsi pul-kredit siyasətinin sərtləşdirilməsini şərtləndirir, digər tərəfdən isə valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi yumşaq pul-kredit siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizinin parametrlərinin dəyişməz saxlanılmasına səbəb olub. / banker.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Françayzinq nədir və necə olur?
Ən çox gəlir gətirən onlayn bizneslər
IMEI kod nədir?
SMM nədir?