ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 7%-ə kimi azaldacaq
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda uçot dərəcəsinin 2024-2025-ci illərdə azaldılmaqda davam edəcəyini proqnozlaşdırıb.
ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu 7.5%-dən 7.0%-ə, 2025-ci ilin birinci rübü üzrə 7.25%-dən 6.75%-ə, 2025-ci ilin sonu üzrə 6.5%-dən 6.00%-ə endirib. Başqa sözlə, ING aprel ayının 11-də açıqladığı pul siyasəti ilə bağlı proqnozunu əvvəlki proqnoza nisbətən 0.5% bəndi azaldıb.
Qeyd edək ki, Mərkəzi Bank son dörd qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il martın 28-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%-dən 7.50%-ə, faiz dəhlizinin yuxarı həddi isə 8.75%-dən 8.50%-ə kimi azaldılıb, faiz dəhlizinin aşağı həddi isə 6.25% səviyyəsində dəyişməz saxlanılıb. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dünyanın ən zəngin idmançıları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
1000 manatla hansı biznesi qurmaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt