ING: "Moody"s" Azərbaycana investisiya reytinqi verə bilər
"Moody"s" Azərbaycanın kredit reytinqini artıra bilər.
Bunu Niderlandın ən böyük maliyyə korporasiyası olan "ING Group" proqnozlaşdırıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ING hesab edir ki, ticarət və büdcə profisitinin zəifləyəcəyi gözlənilsə belə, əhəmiyyətli valyuta ehtiyatları və məhdud xarici maliyyələşmə ehtiyacları fonunda ölkənin kredit əsasları güclüdür. Azərbaycanın reytinqləri investisiya səviyyəsinə (IG) doğru irəliləyir: "Fitch" keçən ilin iyul ayında reytinqi BBB- səviyyəsinə qaldırıb, Moody"s isə müsbət proqnoz verib. Bu isə rəsmi reytinqlərin bazar qiymətləndirmələri və qiymətləri ilə uyğunlaşmasına gətirib çıxarmalıdır. Biz hesab edirik ki, Moody"s bu il reytinqi artıra bilər, bu da Azərbaycana ikinci investisiya səviyyəli reytinqi qazandıracaq və ümumi reytinqi investisiya səviyyəsinə çatdıracaq".
ING əlavə edib ki, Ermənistanla sülh razılaşmasına doğru irəliləyiş bazarlarda bir qədər müsbət təsir yaradıb, lakin hazırda Azərbaycan istiqrazlarının spredləri BBB reytinqli digər dövlətlərlə müqayisədə artıq cəlbedici görünmür: "Hökumətin yeni avrobond (Eurobond) buraxması ehtimalı azdır".
Qeyd edək ki, "Fitch Ratings" və "S&P Global Ratings" reytinq agentlikləri üzrə BBB- və yuxarı kredit reytinqi investisiya dərəcəsi hesab edilir. "Moody"s isə Baa3 və yuxarı reytinqi investisiya dərəcəsi hesab edir. İnvestisiya reytinqinin verilməsi o deməkdir ki, Azərbaycan beynəlxalq maliyyə bazarlarında daha etibarlı borcalana çevrilir.
© APA / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?