İnternet bankçılıq dövriyyəsi bir ayda 7,25 milyard manat azalıb
2026-cı ilin Avqust ayında internet bankçılıq vasitəsilə əməliyyatların sayı avqustda 2 milyon 762 min olub.
Marja.az Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, iyulda bu göstərici 3 milyon 273 min idi. Azalma 511 min əməliyyat və ya 15,6% təşkil edib. Avqust göstəricisi 2025-ci ilin sonundan 10,8% aşağı, ötən ilin avqustundan isə 16,8% yüksəkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnternet bankçılıq ödənişlərinin həcmi 22% düşüb
İnternet bankçılıq əməliyyatlarının həcmi avqustda 26 milyard 463 milyon manat olub. İyulla müqayisədə azalma 7 milyard 248 milyon manat və ya 21,5% təşkil edib. 2025-ci ilin sonu ilə müqayisədə geriləmə 9 milyard 777 milyon manat və ya 27% olub.
Mobil bankçılıqda 14%-ə yaxın aylıq geriləmə
Mobil bankçılıq vasitəsilə əməliyyatların sayı avqustda 76 milyon 25 min olub.
İyulda 88 milyon 128 min olan göstərici bir ayda 12 milyon 103 min və ya 13,7% azalıb. 2025-ci ilin sonundan geriləmə 18,2% təşkil edir. Ötən ilin avqustuna nəzərən isə 2,5% artım var.
Mobil bankçılıq dövriyyəsi ilin sonundakından 28% aşağıdır. Mobil bankçılıq ödənişlərinin həcmi 6,3 milyard manata düşüb
Mobil bankçılıq əməliyyatlarının həcmi avqustda 6 milyard 284 milyon manat olub. İyulla müqayisədə 466 milyon manat və ya 6,9%, 2025-ci ilin sonundan isə 2 milyard 427 milyon manat və ya 27,9% azalma qeydə alınıb.
Elektron bankçılığın ümumi dövriyyəsi bir ayda 7,7 milyard manat azalıb
İnternet və mobil bankçılıq əməliyyatlarının birgə həcmi hesablamaya görə, avqustda 32 milyard 747 milyon manat olub. İyulda bu məbləğ 40 milyard 461 milyon manat idi. Bir ayda 7 milyard 714 milyon manat və ya 19,1% azalma qeydə alınıb. 2025-ci ilin sonu ilə müqayisədə geriləmə 27,1%-dir.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
Elon Musk kimdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Evdə biznes qurmağın yolları
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar