"İnternet bankçılıq üzrə əməliyyatların həcmi 15 % artaraq 172 milyarda çatıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 172 milyard manat təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən "Critical Infrastructure Defence Challenge 2023" tədbiri çərivəsində təşkil olunan konfransda deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi isə 2,4 dəfə artaraq 18,5 milyard manat olub", - deyə T. Kazımov əlavə edib.
Azərbaycan Mərkəzi Bankı qapalıdan açıq bankçılığa keçid hədəfini açıqlayıb
Qapalı bankçılıqdan açıq bankçılığa keçid və daha sonra açıq maliyyə konsepsiyasına keçidin reallaşdırılması Azərbaycan Mərkəzi Bankının (AMB) əsas hədəfidir.
Bunu AMB-nin sədri Taleh Kazımov Bakıda keçirilən "Critical Infrastructure Defence Challenge 2023" tədbiri çərivəsində təşkil olunan konfransda deyib.
Onun sözlərinə görə, bu maliyyə institutlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlərin gücləndirilməsini zəruri edir: "Maliyyə bazarında kiberdayanıqlılığın və informasiya təhlükəsizliyinin gücləndirilməsi, risklərə qarşı adekvat nəzarət mexanizmlərin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması kimi məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir".
© "Report"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Françayzinq nədir və necə olur?
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyada ən çox oxunan 5 kitab
Shopify-da necə satışa başlamaq olar?