"İpək Yolu Sığorta"nın mənfəəti 15 %-ə yaxın azalıb
"İpək Yolu Sığorta" ASC bu ilin I yarısını 750 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % azdır.
Yanvar-iyun aylarında "İpək Yolu Sığorta"nın gəlirləri 7 milyon 823 min manat (1 il əvvələ nisbətən 6,5 % çox), xərcləri 6 milyon 886 min manat (10,2 % çox), mənfəət vergisi ödəmələri isə 187 min manat (14,6 % az) təşkil edib.
Bu il iyulun 1-nə "İpək Yolu Sığorta"nın aktivləri 20 milyon 218 min manat olub ki, bu da illik müqayisədə 5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 27,3 % artaraq 5 milyon 48 min manata çatıb, balans kapitalı isə 0,8 % azalaraq 15 milyon 170 min manata düşüb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14 milyon 770 min manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
© "Report"

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?