İpoteka və Kredit Zəmanət Fondu iki mexanizm üzərində işləri yekunlaşdırıb
İpoteka və Kredit Zəmanət Fondu Azərbaycanda portfel təminatı və istiqrazlara təminatla bağlı mexanizmlər üzərində işləri yekunlaşdırıb.
Bunu Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov bildirib.
Onun sözlərinə görə, artıq hər iki layihə ilə bağlı müvafiq qaydalar təsdiq edilib.
"Portfel təminatı mexanizmi çərçivəsində daha çox mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi nəzərdə tutulub. İstiqrazlara təminat mexanizmi isə alternativ maliyyələşmə kimi nəzərdə tutulub", – deyə Fond rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən il Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış 28 069,2 milyon manatlıq əməliyyatın 2 279,1 milyon manatlıq hissəsi və yaxud 8,1%-i korporativ qiymətli kağızların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 4,1% çoxdur. İl ərzində bu bazarda bağlanmış 13 545 əqdin isə 3 961-i və yaxud 29,2%-i korporativ qiymətli kağızların payına düşüb. Bu isə illik müqayisədə 10% azdır. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?