İran Mərkəzi Bankının sədri milli valyutanın zəifləməsi fonunda istefa verib
İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin milli valyutanın ciddi zəifləməsi fonunda istefa verib.
Bu barədə "Nour News" agentliyi Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbərinin müavini Məhəmməd Mehdi Təbatəbaiyə istinadən məlumat yayıb.
O bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Fərzinin ərizəsini qəbul edəcəyi gözlənilir.
"Mərkəzi Bankın sədri istefa verib və prezident bununla razılaşa bilər", – o deyib.
Eyni zamanda, İran Mərkəzi Bankının mətbuat xidmətinin rəhbəri Mustafa Qəməri Vəfa "Fars" agentliyinə müsahibəsində bildirib ki, Fərzinin istefası məsələsi yeni bir şey deyil. Onun sözlərinə görə, Mərkəzi Bankda lazımi müzakirələr aparılır və onların nəticələri daha sonra ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, İran rialının məzənnəsinin kəskin düşməsi səbəbindən sahibkarlar bu gün Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar. "Fars" agentliyinin məlumatına görə, etirazçılar həmkarlarını mağazaları bağlamağa və hərəkata qoşulmağa çağırıblar. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Milyonlar qazandıran qəribə biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyada ən çox oxunan 5 kitab
Onlayn biznes ideyaları
Dünyanın ən zəngin idmançıları