İri kapitallı "Premium Bank"ın xalis mənfəəti artıb

İri kapitallı "Premium Bank" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 5 milyon 673 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 112 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 561 min manat və ya 11% artıb.
XƏRCLƏRİ AZALIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Premium Bank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 944 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 18 milyon 359 min manat, əməliyyat mənfəəti 5 milyon 585 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 87 min manat mənfəətə əlavə olunub.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində "Premium Bank" ASC-nin cəmi əməliyyat gəlirləri 24 milyon 718 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 898 min manat, əməliyyat mənfəəti 4 milyon 820 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 291 min manat mənfəətə əlavə olunmuşdu.
KREDİT PORTFELİNİ QORUNUB
30 iyun 2024-cü il tarixində "Premium Bank" ASC-nin kredit portfelinin məbləği 471 milyon 853 min manat təşkil edib. Bu məbləğ ötən ilin sonu ilə müqayisədə (471 milyon 866 min manat) təxminən eyni səviyyədədir.
Cari ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə Bankın istehlak kreditləri portfeli 6 milyon 614 min manat və ya 34,4% artaraq 25 milyon 862 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 512 min manat və ya 6,7% artaraq 71 milyon 491 min manata çatıb. Bankın cəmi kredit portfelinin 80%-ə yaxın hissəsini və ya 374 milyon 500 min manatını biznes kreditləri təşkil edib.

30 iyun 2024-cü il tarixində "Premium Bank" ASC 647 milyon 308 min manat cəmi aktivlərə, 473 milyon 99 min manat cəmi öhdəliklərə malik olub. O cümlədən, cəmi öhdəliklərin 387 milyon 953 min manatını depozitlər təşkil edib.
MƏCMU KAPİTALI 168 MİLYON MANATDAN ÇOXDUR
30 İyun 2024-cü il tarixində "Premium Bank" ASC 168 milyon 260 min manat məcmu kapitala malik olub. Bu da, Mərkəzi Bankın kommersiya banklarına qarşı minimal məcmu kapital tələbindən 3 dəfədən çox yüksəkdir.
İri kapitallı İri kapitallı İri kapitallı

Banklar     Tarix: 12 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler leobank kart valyuta mezennesi valyuta kurslari telefonla pul qazanmaq