"İrşad" 2023 - cü ildə dövlət büdcəsinə 86.5 milyon manat vergi ödəyib – 48% artıb

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri "İrşad" ötən ilin nəticələrinə görə 2023-cü ildə də bu sektorda öz mövqeyini qoruyub saxlayıb.
2023-cü ildə "İrşad"ın əldə etdiyi iqtisadi gəlirlər fonunda dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlər davam etdirilib.
2023-cü ildə "İrşad" tərəfindən dövlət büdcəsinə ödənilən əlavə dəyər vergisi (ƏDV) 43% artaraq 54 milyon 256.6 min manata, idxal rüsumu 65.5% artaraq 25 milyon 620,6 min manata, əmlak vergisi isə 20.6% artaraq 820 min manata yüksəlib. Şirkət təkcə ötən il dövlət büdcəsinə 86 milyon 524,6 min manat vergi ödəyib.
Bundan əlavə, "İrşad"ın 2023-cü ildə Məcburi Dövlət Sosial Sığorta ödəmələri (DSMF) 38% artaraq 3 milyon 705 min manat, sosial sığorta və işsizlikdən sığorta ödəmələri 38% artaraq 148 min 191 manat, icbari tibbi sığorta ödəmələri isə 45% artaraq 624 min 146 manat təşkil edib.
Ümumilikdə, "İrşad Electronics" MMC-nin 2023-cü ildə dövlət büdcəsinə, vergi və sosial müdafiə ödəmələri 2022-ci illə müqayisədə 48% çoxdur.
Şirkətin ötən il işçi sayı 250 nəfər artaraq 1108 nəfərə çatıb, bu da ölkənin məşğulluq bazarında böyük rolu olmasından xəbər verir.
"İrşad" fəaliyyəti dövründə filial şəbəkəsini də artırıb. Belə ki, Bakıda 23, bölgələrdə 24 mağazası və 3 texniki servis məntəqəsi ilə müştərilərinə xidmət göstərib. Ötən il işğaldan azad olunmuş ərazilərdə ilk elektronika mağazasını açan şirkət "Füzuli" mağazasına işçi yığımını davam edir.
"İrşad" müştərilərə daha əlçatan olmaq üçün mobil tətbiqi vasitəsilə də bir çox xidmətlər göstərib. Şirkətin "Bonus" xidmətindən minlərlə müştəri yararlanıb. / marja.az

Maliyyə     Tarix: 08 aprel 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari