"Kapital Bank" 120 milyon manat xalis mənfəət əldə edib
Sektorun ikinci ən iri bankı "Kapital Bank" ASC 2026-cı ilin ilk rübündə 120.17 mln. manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 118.96% artım deməkdir.
Banker.az xəbər verir ki, hesabat dövründə faiz gəlirləri 308.67 mln. manat təşkil edərək 18.66% artıb, faiz xərcləri isə 80.84 mln. manata enərək 10.43% azalıb. Nəticədə xalis faiz gəliri 225.34 mln. manat olub (36.76% artım). Qeyri-faiz gəlirləri 163.19 mln. manata yüksələrək 17.14% artıb, qeyri-faiz xərcləri isə 228.19 mln. manat təşkil
Cəmi kreditlər 5.47 mlrd. manat olmaqla 2.41% artıb. Kreditlərin strukturunda istehlak kreditləri 3.16 mlrd. manata yüksələrək 4.96% artıb, biznes kreditləri 1.73 mlrd. manat olub və 0.45% artım göstərib, daşınmaz əmlak kreditləri isə 579.93 mln. manata enərək 4.58% azalıb.
Cəmi aktivləri 2026-cı ilin ilk rübünün sonuna 11.8 mlrd. manat təşkil edib.və illik müqayisədə 5.20% azalıb. Aktivlərin strukturunda nağd vəsaitlər 2.65 mlrd. manata enərək 25.30% azalıb, ticarət və investisiya qiymətli kağızları (o cümlədən əks-repo əməliyyatları) 2.15 mlrd. manat olub və 30.1% azalıb. Eyni zamanda, banklar və digər maliyyə institutlarındakı depozitlər 1.03 mlrd. manata yüksələrək kəskin, 942.5% artım nümayiş etdirib.
"Kapital Bank"ın istiqraz və qiymətli kağızlar portfeli ilk rübdə 30.1% azalma ilə 2.15 mlrd. manat təşkil edib.
Öhdəliklər 10.51 mlrd. manat səviyyəsində formalaşıb ki, bu, illik müqayisədə 8.15% azalıb. Depozit portfeli 8.5 mlrd. manata enərək 5.65% azalıb. Bunun tərkibində fiziki şəxslərin depozitləri 3.32 mlrd. manata yüksələrək 5.15% artıb, hüquqi şəxslərin depozitləri isə 5.18 mlrd. manata düşərək 11.46% azalıb. Kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəliklər 956.51 mln. manata enərək 38.86% azalıb, buraxılmış borc qiymətli kağızları isə 110 mln. manata çataraq 10% artıb.
Bankın kapitalı 1.29 mlrd. manat təşkil edib və illik müqayisədə 28.33% artıb. Bölüşdürülməmiş mənfəət 940.5 mln. manata yüksələrək 43.76% artım nümayiş etdirib.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt