"Kapital Bank" 242 milyon manatdan çox xalis mənfəət açıqladı
"Kapital Bank" ASC 2023-cü ilin 4-cü rübünü 242 milyon 209 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 308 milyon 47 min manat təşkil edib.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
2023-cü ilin ilk 3 ayında Kapital Bankın cəmi gəlirləri 1 milyard 180 milyon manat (əvvəlki ilə nisbətən 18% çox), xərcləri 759 milyon 593 min manat təşkil edib.
AKTİVLƏRİ 8 MİLYARD MANATI KEÇİB
Bu il yanvarın 1-nə "Kapital Bank"ın aktivləri 8 milyard 660 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 11% çoxdur. Bunun 4 milyard 272 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2023-cü ilin ilk rübündə Bankın kredit portfeli 35.3% böyüyüb.
BANKIN DEPOZİT PORTFELİ BÖYÜYÜB
Hesabat dövründə bankın öhdəlikləri 6 milyard 996 milyon manatdan 7 milyard 748 milyon manata çatıb. "Kapital Bank"ın depozit portfeli 4% artaraq 6 milyard 322 milyon manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 1 milyard 906 min manat, hüquqi şəxslərin depozitləri isə 4 milyard 415 milyon manat olub.



"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları