Kapital Bank-dan daha bir xəbərdarlıq: Saxta lotereya və mükafat yalanlarına inanmayın

Kapital Bank-dan daha bir xəbərdarlıq: Saxta lotereya və mükafat yalanlarına inanmayın®Kiberdələduzluq internet və rəqəmsal platformalar üzərindən həyata keçirilən, istifadəçiləri aldadaraq maliyyə və ya şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyan fəaliyyətlərdir. Müasir dövrün cinayət əməllərindən biri olan kiberdələduzluğun üsulları olduqca çoxdur, xüsusən də sosial şəbəkələrdə. Kapital Bank hər kəsi bu dələduzlq üsullarını bilməyə və diqqətli olmağa çağırır.
Saxta lotereyalar, oyunlar və mükafatlar: Brendlər adına yaradılan saxta lotereya, kampaniya səhifələri ilə sosisl şəbəkələrdə tez-tez rastlaşırıq. Bu səhifələrin dizyanında brendin adı, loqosu, rəngləri təqlid edildiyindən istifadəçilər ani diqqətsizliklə dələduzların toruna düşə bilirlər. Mükafat qazandığını və ya lotereyada oynamaq şansı əldə etdiyini düşünənlər reklam edilən keçidə daxil olub kart məlumatlarını qeyd edirlər. Daha sonra isə həmin kartlarda olan vəsaitlər mənimsənilir. Odur ki, sosisl şəbəkələrdə qarşılaşılan reklamlara, səhifələrə olduqca diqqətli yanaşmaq lazımdır. Bunun üçün həmin şirkətin təsdiq edilmiş sosial şəbəkə hesablarına və ya veb-saytına baxmaq kifayətdir. Xüsusən qeyd etmək lazımdır ki, bankların həyata keçirdiyi kampaniya və lotereyalar zamanı müştərilərdən qeydiyyat tələb edilmir. Belə ki, bu zaman kampaniya və ya lotereyanın şərtlərinə cavab verən istifadəçilər müştəri davranışlarına əsasən avtomatik olaraq iştirak şansı qazanırlar.
Saxta iş təklifləri: Bu zaman iş axtaran insanlara yüksək maaşlı, asan və ya evdən işləmək vədi ilə saxta iş təklifləri olunur və onlardan CV-ləri, şəxsi məlumatları, bəzənsə ilkin ödəniş tələb edilir. Bu, həm şəxsi məlumatları toplamaq, həm də qarşı tərəfi inandırmaq məqsədi daşıyır. İlk əlaqəyə keçdikdən sonra namizədlərə tapşırıq məqsədi ilə layihə göndərilir. Dələduzlar həmin faylla birgə hədəf şəxsin kompüterinə və ya mobil cihazına gizli kodları özündə daşıyan zərərli proqramlar yükləyirlər. Kodlar cihaza sahibinin xəbəri olmadan uzaqdan nəzarət etmək imkanı verir. Əsas məqsəd qurbanın brauzerindəki hesablardan şəxsi məlumatları oğurlamaqdır. Bu səbəbdən də şübhəli iş təkliflərinə qarşı diqqətli olmaq vacibdir.
Ani diqqətsizlik hər kəsi kiberdəluzluğun qurbanına çevirə bilər. Odur ki, hər kəs real həyatda şəxsi təhlükəsizliyini qoruduğu kimi rəqəmsal dünyada da özünü qorumalıdır. Bunun üçün şəxsi məlumatları, kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməmək, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamaq lazımdır. Kiberdələduzlar öz niyətlərini həyata keçirmək üçün hipnoz, yalan, manipulyasiya kimi bir çox üsullardan istifadə edirlər. Odur ki, hər kəsin bu mövzuda məlumatlı və diqqəli olması, eləcə də digər şəxsləri də məlumatlandırması olduqca vacibdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 26 may 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari