Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
Ölkənin birinci bankı Kapital Bank dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə imzalayıblar.
Tərəflər enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi və şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinq qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Samir Axundov öz çıxışında ölkənin aparıcı bankları ilə imzalan bu müqavilənin verəcəyi töfhələri vurğulayıb. Kapital Bank-la 2018-ci ildən etibarən tərəfdaşlığın olduğunu diqqətə çatdıran Samir Axundov yeni istiqamətdə əməkdaşlığın da uğurlu olacağından əminlik ifadə edib.
Fərid Hidayətzadə isə çıxışında yaşıl layihələrin maliyyələşdirilməsinin Kapital Bank üçün prioritet istiqamətlərdən olduğunu qeyd edib. O, bildirib ki, bu çərçivədə sahibkarlara yaşıl kreditlər təqdim olunur, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi layihələr dəstəklənir. Həmçinin o, EMTA ilə imzalanan əməkdaşlıq müqaviləsinin güzəştli maliyyələşdirmənin genişləndirilməsinə xidmət etməklə yanaşı, resurslardan daha səmərəli istifadəsinə və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyini qeyd edib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. / marja.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt