Kapital Bank "International investor" tərəfindən daha bir mükafata layiq görüldü: "Ən yaxşı kommersiya bankı 2025"

Kapital Bank ®Kapital Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə daha bir beynəlxalq mükafata layiq görülüb. Bank, nüfuzlu "International Investor" jurnalı tərəfindən "Ən yaxşı kommersiya bankı 2025" ("Best Commercial Bank Azerbaijan 2025") nominasiyası üzrə qalib elan edilib. Bu mükafat Kapital Bank-ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri yönümlü yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir.
Böyük Britaniyada nəşr olunan "International Investor" jurnalı maliyyə sektorunda innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən qlobal platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun kommersiya bankçılığı sahəsindəki strateji inkişafını və müştəri portfelinə dəyər qatan məhsul və xidmətlərini beynəlxalq səviyyədə tanıdır.
Hazırda Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Bankın kommersiya bankçılığı üzrə portfeli sürətlə böyüməkdədir. 46 460 hüquqi şəxs və 221 538 fərdi sahibkar Kapital Bank-ın çevik və rəqəmsal həllərindən aktiv şəkildə faydalanır. 3 milyondan çox aktiv Birbank mobil tətbiqi istifadəçisi ilə Kapital Bank müştərilərinə yaratdığı rəqəmsal həllərlə də ön sıradadır və bazarda lider mövqeyini qoruyur.
Kommersiya müştərilərinə təqdim olunan fərdi yanaşma, məhsul dizaynında çeviklik və risklərin effektiv idarə olunması Kapital Bank-ın bu sahədə üstünlüyünü müəyyənləşdirən əsas faktorlardır. Bank kiçik və orta bizneslər üçün əlçatan maliyyə həllərindən tutmuş, iri korporasiyalar üçün optimallaşdırılmış xidmət modellərinədək geniş spektrdə xidmətlər təklif edir.
Bununla yanaşı, Kapital Bank yalnız maliyyə göstəriciləri ilə deyil, sosial məsuliyyət sahəsindəki təşəbbüsləri ilə də fərqlənir. Xüsusilə təhsilin inkişafına yönələn layihələr, tələbələr üçün yaradılan fürsətlər və cəmiyyətin rifahına töhfə verən sosial proqramlar Kapital Bank-ın dəyərlərinin ayrılmaz hissəsidir.
Qeyd edək ki, cari ildə Kapital Bank "International Investor" tərəfindən "Best Private Banking Azerbaijan" mükafatına da layiq görülüb. Bu iki nüfuzlu beynəlxalq tanınma bankın həm kütləvi, həm də fərdi müştərilər üzrə yüksək xidmət standartlarını və geniş strateji baxışını bir daha təsdiqləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 21 may 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari